“Əminik ki, bu uğur digər şirkətlər üçün də nümunə olacaq” – BFB Kapital bazarı 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 24 iyun 2026-cı il tarixində Bakı Fond Birjasında “PAŞA Bank” ASC-nin səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” mərasimi keçirilib. Banker.az bunu BFB-yə istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Tədbirdə Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov, PAŞA Maliyyə Holdinqin Baş İcraçı direktoru Fərid Məmmədov, PAŞA Bankın Müşahidə Şurasının sədri Şahin Məmmədov və İdarə Heyətinin sədri Cavid Quliyev, PAŞA Kapital İnvestisiya Şirkətinin Baş İcraçı Direktoru İsi Mustafayev, TBC Kapital şirkətinin İdarəedici direktoru Otar Şarikadze, eləcə də maliyyə və biznes ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində çıxış edənlər PAŞA Bankın səhmlərinin uğurlu İlkin Kütləvi Təklifinin (IPO) ölkənin kapital bazarının inkişafı baxımından əhəmiyyətini vurğulayaraq, bu hadisənin investor bazasının genişlənməsinə və bazar iştirakçılarının aktivliyinin artmasına töhfə verəcəyini qeyd ediblər. Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov çıxışında bildirib: “PAŞA Bankın IPO-su Azərbaycanın kapital bazarının tarixində yeni mərhələ açır. Ölkəmizdə ilk özəl şirkətin səhmlərinin kütləvi şəkildə investorlara təqdim olunması bazarın yetkinləşməsinin, investor etimadının və yeni maliyyələşmə imkanlarının göstəricisidir. Əminik ki, bu uğur digər şirkətlər üçün də nümunə olacaq və kapital bazarının inkişafına əlavə təkan verəcək.” Tədbir zamanı PAŞA Bankın Baş Maliyyə İnzibatçısı Murad Süleymanov IPO-nun yerləşdirilməsinin nəticələrinə dair təqdimatla çıxış edib və investorların iştirakı, eləcə də əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Mərasimin sonunda Bakı Fond Birjası, PAŞA Bank, PAŞA Kapital və TBC Kapitalın nümayəndələri tərəfindən PAŞA Bank səhmlərinin təkrar bazar əməliyyatlarının başlanmasını simvolizə edən Açılış Zəngi çalınıb. Bakı Fond Birjası regionun iqtisadi inkişafının dəstəklənməsi, emitentlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və investorlar üçün etibarlı investisiya mühitinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Birja kapital bazarının inkişafına töhfə verməklə maliyyə bazarlarının dərinləşməsini və ölkə iqtisadiyyatının dayanıqlı inkişafını dəstəkləyir. Son xəbərlər Bank xəbərləri PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib 24/06/2026 Maliyyə xəbərləri Auditorlar Palatasının üzvlük haqları üzrə gəlirləri 11% artıb 24/06/2026 Avto xəbərlər “Tesla” ilk sükansız avtomobil təqdim edib — Fotolar 24/06/2026 İnvestisiya Gümüşün qiyməti 2025-ci il dekabrın 9-dan bəri ilk dəfə 60 dollardan aşağı düşüb 24/06/2026 Digər xəbərlər Bank xəbərləri PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib 24/06/2026 Maliyyə xəbərləri Auditorlar Palatasının üzvlük haqları üzrə gəlirləri 11% artıb 24/06/2026 Avto xəbərlər “Tesla” ilk sükansız avtomobil təqdim edib — Fotolar 24/06/2026 İnvestisiya Gümüşün qiyməti 2025-ci il dekabrın 9-dan bəri ilk dəfə 60 dollardan aşağı düşüb 24/06/2026