Auditorlar Palatasının üzvlük haqları üzrə gəlirləri 11% artıb Maliyyə xəbərləri 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Auditorlar Palatası 2025-ci ili 244.45 min manat xalis artıqlıqla başa vurub. Bu, 2024-cü illə müqayisədə 53.2% və ya 84.84 min manat çoxdur. Banker.az xəbər verir ki, palatanın əməliyyat gəlirləri illik müqayisədə 8% artaraq 1.54 mln. manata yüksəlib. Gəlirlərin əsas hissəsini təşkil edən üzvlük haqları 11.4% artaraq 1.46 mln. manata çatıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hesabat dövründə ixtisasartırma və imtahan haqlarından əldə olunan gəlirlər 44.5% artaraq 47.81 min manata yüksəlsə də, qrant və ianələr 65.2% azalaraq 27.3 min manata enib. Əməliyyat xərcləri isə 2.3% artaraq 1.29 mln. manat təşkil edib. Xərclərin ən böyük hissəsi işçilərə çəkilən xərclərin payına düşüb. Bu istiqamətdə xərclər illik müqayisədə 23.5% artaraq 903.09 min manata yüksəlib. Məlumat və reklam xərcləri 1.0% azalaraq 107.81 min manat olub. Bununla yanaşı, konfrans xərcləri 59.8% azalaraq 32.6 min manata düşüb. Hesabat ilində 44.9 min manat məbləğində ümidsiz borclar üzrə ehtiyat gəliri tanınıb ki, əvvəlki ildə bu göstərici sıfır olub. Nəticədə Auditorlar Palatasının xalis artıqlığı 244.45 min manata çataraq əvvəlki ilin 159.61 min manatlıq göstəricisini üstələyib. Son xəbərlər İnvestisiya Qızılın qiyməti iyunun 10-dan bəri ilk dəfə 4 050 dollardan aşağı düşüb 24/06/2026 Kapital bazarı “Əminik ki, bu uğur digər şirkətlər üçün də nümunə olacaq” – BFB 24/06/2026 Bank xəbərləri PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib 24/06/2026 Avto xəbərlər “Tesla” ilk sükansız avtomobil təqdim edib — Fotolar 24/06/2026 Digər xəbərlər İnvestisiya Qızılın qiyməti iyunun 10-dan bəri ilk dəfə 4 050 dollardan aşağı düşüb 24/06/2026 Kapital bazarı “Əminik ki, bu uğur digər şirkətlər üçün də nümunə olacaq” – BFB 24/06/2026 Bank xəbərləri PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib 24/06/2026 Avto xəbərlər “Tesla” ilk sükansız avtomobil təqdim edib — Fotolar 24/06/2026