Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaranıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə bankın müştərilərinə mobil tətbiq vasitəsilə sms bildirişi göndərilib. “Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!”, – məlumatda qeyd olunub. Problemlə bağlı Azərbaycan Beynəlxalq Bankına sorğu ünvanlamışıq. Bundan başqa, hazırda “Expressbank” və “AccessBank”da da bənzər problem yaranıb.