Azərbaycanda sığorta üzrə yığmlar son beş ayda 733 mln. manata yüksəlib – SIĞORTAÇILARIN REYTİNQİ Sığorta xəbərləri 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda sığorta şirkətləri üzrə ümumi sığorta haqları 732.63 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.8% çoxdur. Eyni zamanda, sığorta ödənişləri 30.1% artaraq 409.64 mln. manata yüksəlib. Nəticədə bazarda zərərlilik nisbəti ötən ilin 43.8%-dən 55.9%-ə çatıb. Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Könüllü sığorta növləri üzrə yığımlar illik müqayisədə 12.1% artaraq 614.56 mln. manata yüksəlib. Bu seqment üzrə ödənişlər isə 33.5% artaraq 343.68 mln. manat olub. Könüllü sığorta bazarında əsas payı həyat sığortası qoruyub saxlayıb. Həyat sığortası üzrə haqlar 13.9% artaraq 421.94 mln. manata, ödənişlər isə 41.3% artaraq 286.98 mln. manata çatıb. Həyat sığortasının ən böyük növü olan həyatın yaşam sığortası üzrə yığımlar 13% artaraq 399.3 mln. manat təşkil edib. Bu sinif üzrə ödənişlər isə 41.6% yüksələrək 284.71 mln. manata çatıb. Qeyri-həyat sığortasında yığımlar 8.5% artaraq 192.62 mln. manat olub. Ödənişlər isə 4.5% artımla 56.7 mln. manata yüksəlib. Qeyri-həyat seqmentində tibbi sığorta haqları 2.6% azalaraq 81.59 mln. manat olsa da, ödənişlər 3.3% artaraq 37.63 mln. manata çatıb. Xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar isə 75.6% artaraq 3.20 mln. manat olub. Əmlak sığortası bazarında yığımlar 16.8% artaraq 104.32 mln. manata yüksəlib. Bu artım əsasən əmlakın yanğından və digər risklərdən sığortası üzrə haqların 20.7%, avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımların isə 1.9% artması ilə bağlı olub. İcbari sığorta növləri üzrə vəziyyət fərqli olub. Bu seqmentdə sığorta haqları 31.0% azalaraq 118.08 mln. manata düşüb. Azalma əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə yığımların 39.4%, daşınmaz əmlakın icbari sığortası üzrə haqların isə 72.6% azalması ilə əlaqədardır. Bununla yanaşı, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 7.1% artaraq 74.36 mln. manata çatıb. Bu növ üzrə ödənişlər isə 17.2% artaraq 63.21 mln. manat təşkil edib və bazarda ən böyük ödəniş həcmini formalaşdırıb. Taglarsığorta bazarı Son xəbərlər Ölkə xarici G7 ölkələri Rusiya aktivlərindən Ukraynaya $45,5 milyard vəsait ayırıb 24/06/2026 Bank xəbərləri ABŞ-dan Azərbaycankı fiziki şəxlərə pul köçürmələr artıb 24/06/2026 İnvestisiya Qızılın qiyməti iyunun 10-dan bəri ilk dəfə 4 050 dollardan aşağı düşüb 24/06/2026 Kapital bazarı “Əminik ki, bu uğur digər şirkətlər üçün də nümunə olacaq” – BFB 24/06/2026 Digər xəbərlər Ölkə xarici G7 ölkələri Rusiya aktivlərindən Ukraynaya $45,5 milyard vəsait ayırıb 24/06/2026 Bank xəbərləri ABŞ-dan Azərbaycankı fiziki şəxlərə pul köçürmələr artıb 24/06/2026 İnvestisiya Qızılın qiyməti iyunun 10-dan bəri ilk dəfə 4 050 dollardan aşağı düşüb 24/06/2026 Kapital bazarı “Əminik ki, bu uğur digər şirkətlər üçün də nümunə olacaq” – BFB 24/06/2026