ABŞ-dan Azərbaycankı fiziki şəxlərə pul köçürmələr artıb Bank xəbərləri 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin birinci rübündə Azərbaycan ilə ABŞ arasında fiziki şəxslər üzrə pul baratlarının ümumi həcmi 40.09 mln. dollar təşkil edib. Bunun 23.91 mln. dolları ABŞ-dan Azərbaycana daxil olan, 16.18 mln. dolları isə Azərbaycandan ABŞ-a göndərilən vəsaitlərin payına düşüb. Banker.az bunu Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, ABŞ-dan Azərbaycana göndərilən pul baratlarının həcmi illik müqayisədə 2.8% artaraq 23.91 mln. dollara çatıb. Eyni zamanda, Azərbaycandan ABŞ-a köçürülən vəsaitlərin həcmi 13.9% azalaraq 16.18 mln. dollar olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nəticədə, Azərbaycanın ABŞ ilə pul baratları üzrə müsbət saldosu 7.73 mln. dollar təşkil edib. Müqayisə üçün, 2025-ci ilin birinci rübündə bu göstərici 4.48 mln. dollar olmuşdu. Beləliklə, bir il ərzində müsbət saldo 72.5% artıb. ABŞ 2026-cı ilin ilk rübündə Azərbaycana ən çox pul baratı göndərən ölkələr arasında dördüncü yerdə qərarlaşıb və ümumi daxilolmaların 8.1%-ni formalaşdırıb. Eyni zamanda, ABŞ Azərbaycandan xaricə göndərilən pul baratlarının 15.6%-ni qəbul edərək Türkiyədən sonra ikinci ən böyük istiqamət olub. TaglarPul baratları Son xəbərlər Ölkə xarici G7 ölkələri Rusiya aktivlərindən Ukraynaya $45,5 milyard vəsait ayırıb 24/06/2026 Sığorta xəbərləri Azərbaycanda sığorta üzrə yığmlar son beş ayda 733 mln. manata yüksəlib – SIĞORTAÇILARIN REYTİNQİ 24/06/2026 İnvestisiya Qızılın qiyməti iyunun 10-dan bəri ilk dəfə 4 050 dollardan aşağı düşüb 24/06/2026 Kapital bazarı “Əminik ki, bu uğur digər şirkətlər üçün də nümunə olacaq” – BFB 24/06/2026 Digər xəbərlər Ölkə xarici G7 ölkələri Rusiya aktivlərindən Ukraynaya $45,5 milyard vəsait ayırıb 24/06/2026 Sığorta xəbərləri Azərbaycanda sığorta üzrə yığmlar son beş ayda 733 mln. manata yüksəlib – SIĞORTAÇILARIN REYTİNQİ 24/06/2026 İnvestisiya Qızılın qiyməti iyunun 10-dan bəri ilk dəfə 4 050 dollardan aşağı düşüb 24/06/2026 Kapital bazarı “Əminik ki, bu uğur digər şirkətlər üçün də nümunə olacaq” – BFB 24/06/2026