Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb. XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində nazirin iyunun 25-də Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub. Bununla yanaşı, C.Bayramovun bir sıra yüksəksəviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.