“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya çempionatında hansı komandaya azarkeşlik etdiyini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, o, bu barədə “CBC Sport”a müsahibəsində fikirlərini bildirib. Təcrübəli mütəxəssis İspaniyanın çempionluğunu istədiyini deyib: “Azarkeşlik etdiyim İspaniyanın çempion olmağını istəyirəm. Amma digər favoritlər də var. Almaniya, Fransa, İngiltərə favoritlərdir. Mənim üçün bu barədə fikir bildirmək çətindir. Fikrimdə qalıram ki, İspaniya çempion olar”.