Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq Ölkə daxili 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda qiymətləndirmə fəaliyyətində süni intellekt əsaslı avtomatlaşdırılmış qiymətləndirmə modullarının tətbiqi nəzərdə tutulur. Bunu Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov palatanın illik hesabat xarakterli mətbuat konfransında bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmə standartlarının 2025-ci il tələblərinə uyğun olaraq qiymətləndirmə sahəsində süni intellektdən istifadə təmin edilməlidir. “Portalda beş funksiya nəzərdə tutmuşuq. Beşinci funksiya avtomatlaşdırılmış qiymətləndirmə modullarının istifadəsidir. Bu, beynəlxalq standartların bizə qoyduğu öhdəlikdir. Təbii ki, burada süni intellektdən istifadə olunacaq, lakin bu sistem bizim öz məlumat bazamız əsasında fəaliyyət göstərəcək”, – deyə N. İbrahimov qeyd edib. Palata sədri bildirib ki, hazırda indekslərin hesablanması və bazar təhlilləri mövcud metodologiya əsasında əl ilə aparılır. “Beynəlxalq qiymətləndirmə standartlarının yeni tələbləri süni intellektdən istifadəni, böyük məlumat bazasının formalaşdırılmasını, keyfiyyətə nəzarət sisteminin qurulmasını və ESG faktorlarının qiymətləndirmə hesabatlarında tətbiqini nəzərdə tutur”, – deyə o əlavə edib. MənbəAPA TaglarAzərbaycan Qiymətləndiricilər PalatasıəmlakNüsrət İbrahimovsüni intellekt Son xəbərlər Bank xəbərləri Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görülüb 24/06/2026 Ölkə daxili Daha bir rayonda DOST filialı fəaliyyətə başlayıb 24/06/2026 Ölkə daxili Azərbaycanda əmlak alqı-satqılarının əvvəlcədən icbari qiymətləndirilməsi tətbiq oluna bilər 24/06/2026 Ölkə daxili İyun ayının sosial ödənişləri yekunlaşıb 24/06/2026 Digər xəbərlər Bank xəbərləri Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görülüb 24/06/2026 Ölkə daxili Daha bir rayonda DOST filialı fəaliyyətə başlayıb 24/06/2026 Ölkə daxili Azərbaycanda əmlak alqı-satqılarının əvvəlcədən icbari qiymətləndirilməsi tətbiq oluna bilər 24/06/2026 Ölkə daxili İyun ayının sosial ödənişləri yekunlaşıb 24/06/2026