Palata sədri: Daşınmaz əmlak bazarında qiymətlərin şişirdilməsi problemi hələ də aktualdır Daşınmaz əmlak 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin süni şəkildə şişirdilməsi problemi hələ də aktuallığını qoruyur. Bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov mətbuat konfransında deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, bu problemin həlli məqsədilə hələ 2009-cu ildə daşınmaz əmlak vasitəçilərinin (maklerlərin) fəaliyyətinin tənzimlənməsi istiqamətində addımlar atılıb: “2009-cu ildə qərara gəldik ki, daşınmaz əmlak vasitəçilərini bir araya gətirək və bazardakı problemlərin həlli üzərində işləyək. Bunun üçün Realtorlar Assosiasiyası yaradılıb, mütəmadi təlimlər keçirilib, hətta xarici mütəxəssislər də cəlb olunub. Lakin gözlənilən nəticəni əldə etmək mümkün olmayıb”. N. İbrahimov bildirib ki, bazarda qiymətlərin formalaşmasına təsir edən amillər çoxşaxəlidir və məsələyə yalnız vasitəçilərin fəaliyyəti prizmasından yanaşmaq düzgün deyil: “Daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsində dövlət qurumlarının, xüsusilə də maliyyə və pul siyasətini həyata keçirən qurumların rolu mühüm əhəmiyyət daşıyır. Hazırda bazarda baş verən proseslər dövlət qurumları tərəfindən izlənilir və qiymət dinamikasının təhlili istiqamətində işlər aparılır”. MənbəREPORT TaglarAzərbaycan Qiymətləndiricilər Palatasıdaşınmaz əmlak bazarıNüsrət İbrahimov Son xəbərlər Bank xəbərləri Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görülüb 24/06/2026 Ölkə daxili Daha bir rayonda DOST filialı fəaliyyətə başlayıb 24/06/2026 Ölkə daxili Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq 24/06/2026 Ölkə daxili Azərbaycanda əmlak alqı-satqılarının əvvəlcədən icbari qiymətləndirilməsi tətbiq oluna bilər 24/06/2026 Digər xəbərlər Bank xəbərləri Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görülüb 24/06/2026 Ölkə daxili Daha bir rayonda DOST filialı fəaliyyətə başlayıb 24/06/2026 Ölkə daxili Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq 24/06/2026 Ölkə daxili Azərbaycanda əmlak alqı-satqılarının əvvəlcədən icbari qiymətləndirilməsi tətbiq oluna bilər 24/06/2026