Vətəndaşların sığortası ilə bağlı yeni qayda qüvvəyə minəcək Sığorta xəbərləri 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İyulun 1-dən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN vasitəsilə aparılacaq. Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək Məcəlləsində dəyişiklik edilməsi” barədə Qanunda öz əksini tapıb. Fevralın 27-də qəbul edilən qanun iyulun 1-dən qüvvəyə minəcək. Dövlət sosial sığorta sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi mütəmadi olaraq bu sistemlə bağlı dəyişikliklərin aparılmasını və təkmilləşdirilmələrin həyata keçirilməsini zəruri edir. Sosial sığorta nömrəsi (SSN) verilərkən elektron sistemlərdə həmin şəxsin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN) ilə əlaqələndirilir. Daha əvvəl sığortaedənlər tərəfindən muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edilərkən SSN və FİN məlumatların hər ikisinin daxil edilməsi əlavə iş yükü yaradırdı və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olurdu. Həmçinin, əksər dövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu da FİN üzərindən aparılırdı. Bununla əlaqədar sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması məqsədilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı Qanun qəbul edilib. Qanunda sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması təsbit edilib. Bu dəyişikliklər sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin edəcək, eləcə də qurumlar arasında məlumat mübadiləsini asanlaşdıraraq e-sistemlərin inteqrasiyasını sürətləndirəcək. Sözügedən layihənin qəbul edilməsi sosial sığorta sisteminin fəaliyyətində müasir yanaşmaların tətbiqi və səmərəliliyin artırılmasına imkan verəcək. Eyni zamanda, sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin martın 10-da imzaladığı sözügedən qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərmanı da iyulun 1-də qüvvəyə minəcək. MənbəXezerxeber.az TaglarƏmək MəcəlləsiSığorta Son xəbərlər Ölkə daxili Dövlət Neft Fondunun rəhbər şəxsi vəfat etdi 24/06/2026 Daşınmaz əmlak Palata sədri: Daşınmaz əmlak bazarında qiymətlərin şişirdilməsi problemi hələ də aktualdır 24/06/2026 Bank xəbərləri Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görülüb 24/06/2026 Ölkə daxili Daha bir rayonda DOST filialı fəaliyyətə başlayıb 24/06/2026 Digər xəbərlər Ölkə daxili Dövlət Neft Fondunun rəhbər şəxsi vəfat etdi 24/06/2026 Daşınmaz əmlak Palata sədri: Daşınmaz əmlak bazarında qiymətlərin şişirdilməsi problemi hələ də aktualdır 24/06/2026 Bank xəbərləri Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görülüb 24/06/2026 Ölkə daxili Daha bir rayonda DOST filialı fəaliyyətə başlayıb 24/06/2026