Amerikalı sahibkar İlon Mask, ABŞ-nin COVID-19 koronavirusunun yaradılmasında mərkəzi rol oynadığını bildirib. “Qafqazinfo” xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində Vuhan Virusologiya İnstitutunun maliyyələşdirilməsi ilə bağlı paylaşımı şərh edərkən qeyd edib. “USAID-in maliyyələşdirməsi COVID-19-un yaradılmasında mərkəzi rol oynayıb”, – Mask yazıb.