Bankların aktivləri 60 mlrd. manatın astanasında – Beş aya 557 mln. manat xalis mənfəət Bank xəbərləriƏsas məlumatlar 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin may ayının sonuna Azərbaycanda fəaliyyət göstərən 22 bankın cəmi aktivləri 59.18 mlrd. manata yüksəlib. Banker.az bunu Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir. May ərzində bank sektorunun aktivləri 3.2%, öhdəlikləri isə 3.9% artıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Mayın 31-nə bank sektorunun cəmi öhdəlikləri 51.61 mlrd. manat, balans kapitalı isə 7.57 mlrd. manat təşkil edib. Hesabat dövründə bankların balans kapitalı 1.2% azalıb. Yanvar-may aylarında banklar 557.1 mln. manat xalis mənfəət əldə edib. Bu 2025-ci ilin eyni dövründə 430.7 mln. manat idi. Eyni dövrdə sektorun əməliyyat mənfəəti 837.5 mln. manat, ödənilmiş mənfəət vergisi isə 134.7 mln. manat təşkil edib. Bank sektorunun kredit portfeli ay ərzində 276.6 mln. manat və ya 0.9% artaraq 30.89 mlrd. manata çatıb. Kreditlərin 16.40 mlrd. manatı biznes, 9.78 mlrd. manatı istehlak, 4.71 mlrd. manatı isə ipoteka kreditlərinin payına düşüb. Bankların öhdəliklərində əsas payı depozitlər təşkil edib. Mayın sonuna depozit portfeli 38.55 mlrd. manata çataraq ümumi öhdəliklərin 74.7%-ni formalaşdırıb. Bunun 21.12 mlrd. manatı hüquqi şəxslərin, 17.43 mlrd. manatı isə fiziki şəxslərin depozitləri olub. Fiziki şəxslərin əmanətlərinin 12.26 mlrd. manatı və ya 70.4%-i milli valyutada saxlanılıb. Müddətli əmanətlər fiziki şəxslərin ümumi əmanətlərinin 64.4%-ni təşkil edib. May ayında müddətli əmanətlər 235.3 mln. manat və ya 2.1% artsa da, tələbli əmanətlər 81.3 mln. manat və ya 1.3% azalıb. May ayında bank sektoru üzrə unikal müddətli əmanətçilərin sayı əvvəlki ayla müqayisədə 3.1% və ya 6,492 nəfər artıb. İlin əvvəlindən artım isə 11.3% və ya 21,990 nəfər təşkil edib. Bank sektorunun şəbəkəsi də geniş olaraq qalır. Mayın sonuna bankların 499 filialı, 84 şöbəsi və 3,502 ATM-i fəaliyyət göstərib. Sektorda çalışanların sayı isə 27,374 nəfər olub. Taglarbank icmalı Son xəbərlər Bank xəbərləri Bank sektorunda çalışanların sayı mayda azalıb 25/06/2026 Ölkə daxili Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir 25/06/2026 Ölkə daxili “Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq 25/06/2026 Şəxsi psixoloq Anthropic-in aparıcı mühəndisi: Süni intellekt agentlərindən istifadə tənhalığa gətirib çıxarır 25/06/2026 Digər xəbərlər Bank xəbərləri Bank sektorunda çalışanların sayı mayda azalıb 25/06/2026 Ölkə daxili Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir 25/06/2026 Ölkə daxili “Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq 25/06/2026 Şəxsi psixoloq Anthropic-in aparıcı mühəndisi: Süni intellekt agentlərindən istifadə tənhalığa gətirib çıxarır 25/06/2026