Ferrari uğursuz Luce təqdimatından qısa müddət sonra marketinq direktorunu işdən çıxarıb Avto xəbərlər 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Ferrari may ayında futuristik dizayna malik ilk elektromobili Luce-ni təqdim edib. Lakin modelin debütü şirkət üçün heç də uğurlu alınmayıb: avtomobilin dizaynı həm istehlakçılar, həm də Ferrari-nin keçmiş direktoru tərəfindən tənqid olunub, şirkətin səhmləri isə bir gün ərzində 8% ucuzlaşıb. Təqdimatdan bir aydan da az müddət sonra Ferrari marketinq direktorunu işdən çıxarmaq qərarına gəlib. Şirkət rəsmi olaraq Enriko Qallyeranın işdən çıxarılmasını Luce modelinə qarşı yaranan mənfi reaksiya ilə əlaqələndirmir. Bununla belə, media bu amilin nəzərdən qaçırıla bilməyəcəyini yazır. Qallyera Ferrari-də 16 il çalışıb. İndi isə onun yerini əvvəllər BMW-nin İtaliya bölməsinə rəhbərlik etmiş Massimiliano Di Silvestre tutacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Rəhbərlikdəki dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək. “Mən Massimilianonu Ferrari-də salamlamaqdan məmnunam. Onun beynəlxalq təcrübəsi və liderlik keyfiyyətləri şirkətin növbəti inkişaf mərhələsinə mühüm töhfə verəcək”. — Ferrari-nin baş direktoru Benedetto Vinya TaglarFerrari Son xəbərlər Bank xəbərləri Bank sektorunda çalışanların sayı mayda azalıb 25/06/2026 Bank xəbərləri Bankların aktivləri 60 mlrd. manatın astanasında – Beş aya 557 mln. manat xalis mənfəət 25/06/2026 Ölkə daxili Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir 25/06/2026 Ölkə daxili “Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq 25/06/2026 Digər xəbərlər Bank xəbərləri Bank sektorunda çalışanların sayı mayda azalıb 25/06/2026 Bank xəbərləri Bankların aktivləri 60 mlrd. manatın astanasında – Beş aya 557 mln. manat xalis mənfəət 25/06/2026 Ölkə daxili Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir 25/06/2026 Ölkə daxili “Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq 25/06/2026