Mərkəzi Bankdan kreditlərlə bağlı yeni qayda: 1 oktyabrdan qüvvəyə minəcək Bank xəbərləriƏsas məlumatlar 25/06/2026 Azərbaycan Mərkəzi Bankının H.Əliyev prospektindəki yeni binası FOTO: AMB Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Mərkəzi Bankı məsafədən verilən istehlak kreditləri üzrə yeni təhlükəsizlik tələbləri tətbiq edib. Qərara əsasən, banklar və bank olmayan kredit təşkilatları (BOKT) müştərilərə onlayn kredit rəsmiləşdirilməsini və kredit limitinin məsafədən artırılmasını bloklamaq imkanı yaratmalıdır. Banker.az xəbər verir ki, bununla bağlı AMB-nin İdarə Heyəti 28 aprel 2026-cı il tarixdə qərar verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 2026-cı il oktyabrın 1-dən qüvvəyə minəcək dəyişikliklərə görə, vətəndaşlar yazılı müraciət əsasında öz adlarına məsafədən istehlak krediti müqaviləsinin bağlanmasına və ya kredit limitinin artırılmasına bütün satış kanalları üzrə məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət yalnız müştərinin fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə təqdim olunan müraciət əsasında ləğv edilə biləcək. Yeni qaydalara əsasən, banklar və BOKT-lar onlayn kredit verməzdən əvvəl müştərinin belə bir məhdudiyyət tətbiq edib-etmədiyini həm öz sistemləri, həm də kredit bürolarının informasiya sistemləri vasitəsilə yoxlamalıdırlar. Məhdudiyyət mövcud olduqda məsafədən kredit rəsmiləşdirilməsi və ya kredit limitinin artırılması qadağan ediləcək. Qərarda həmçinin qeyd olunur ki, məhdudiyyət qoymuş şəxsin adından məsafədən kredit və ya limit artırılması müraciəti daxil olduqda, maliyyə təşkilatı müştərini dərhal SMS və ya mobil tətbiq vasitəsilə məlumatlandırmalıdır. Bununla yanaşı, məsafədən verilən istehlak kreditləri üzrə “gözləmə müddəti” tətbiq edilir. Belə ki, gün ərzində verilən və ya artırılan vəsait minimum əmək haqqının iki mislinədək olduqda kredit vəsaiti müqavilə bağlandıqdan 2 saat sonra, bu məbləği aşdıqda isə 24 saat sonra təqdim ediləcək. Dəyişikliklərin ən diqqətçəkən müddəalarından biri isə kredit təşkilatlarının məsuliyyəti ilə bağlıdır. Belə ki, əgər bank və ya BOKT müştərinin tətbiq etdiyi məhdudiyyəti nəzərə almadan məsafədən kredit verərsə və ya kredit limitini artırarsa, müqavilədə borcalanın həmin kredit üzrə öhdəlikdən azad edilməsi barədə müddəa nəzərdə tutulmalıdır. Son xəbərlər Bank xəbərləri Bank sektorunda çalışanların sayı mayda azalıb 25/06/2026 Bank xəbərləri Bankların aktivləri 60 mlrd. manatın astanasında – Beş aya 557 mln. manat xalis mənfəət 25/06/2026 Ölkə daxili Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir 25/06/2026 Ölkə daxili “Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq 25/06/2026 Digər xəbərlər Bank xəbərləri Bank sektorunda çalışanların sayı mayda azalıb 25/06/2026 Bank xəbərləri Bankların aktivləri 60 mlrd. manatın astanasında – Beş aya 557 mln. manat xalis mənfəət 25/06/2026 Ölkə daxili Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir 25/06/2026 Ölkə daxili “Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq 25/06/2026