Rubio: İranla texniki danışıqlar iyunun 30-da başlayacaq Ölkə xarici 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranla texniki səviyyədə danışıqlar iyunun 30-da başlayacaq. Onun sözlərinə görə, görüş ekspertlər səviyyəsində keçiriləcək və müxtəlif istiqamətlər üzrə işçi qrupları iştirak edəcək. “Bu danışıqlarda Dövlət Departamentinin, Energetika Nazirliyinin və digər qurumların nümayəndələri iştirak edəcək. Bu, texniki səviyyəli görüş olacaq”, – deyə Rubio Küveytdə jurnalistlərə bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Dövlət katibi həmçinin vurğulayıb ki, İran mümkün qədər tez nüvə müfəttişlərinin ölkəyə girişinə icazə verməlidir. Onun sözlərinə görə, bu, Tehranın verdiyi vəddir və yerinə yetirilməlidir. Bu gün ABŞ prezidenti Donald Tramp bəyan edib ki, amerikalı müfəttişlər yüksək zənginləşdirilmiş uran ehtiyatlarının axtarışı üçün Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ekspertlərinə qoşulacaqlar. Bununla belə, Tramp qeyd edib ki, bu məsələdə tələskənliyə ehtiyac yoxdur. Tehran isə öz növbəsində nüvə müfəttişlərinin ölkəyə buraxılması ilə bağlı hər hansı öhdəlik götürdüyünü təkzib edib. TaglarMarko Rubio Son xəbərlər Bank xəbərləri Bank sektorunda çalışanların sayı mayda azalıb 25/06/2026 Bank xəbərləri Bankların aktivləri 60 mlrd. manatın astanasında – Beş aya 557 mln. manat xalis mənfəət 25/06/2026 Ölkə daxili Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir 25/06/2026 Ölkə daxili “Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq 25/06/2026 Digər xəbərlər Bank xəbərləri Bank sektorunda çalışanların sayı mayda azalıb 25/06/2026 Bank xəbərləri Bankların aktivləri 60 mlrd. manatın astanasında – Beş aya 557 mln. manat xalis mənfəət 25/06/2026 Ölkə daxili Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir 25/06/2026 Ölkə daxili “Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq 25/06/2026