“Abşeron Logistika” illik 6 mln. manat üzərində xalis mənfəət əldə edib Yerli biznes xəbərləri 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Abşeron Logistika” MMC son açıqlamasında ili 6.11 mln. manat xalis mənfəətlə başa vurub. Banker.az xəbər verir ki, 2024-cü ilin audit hesabatında qeyd edilir. Bu, 2023-cü illə müqayisədə 39% çoxdur. Logistika şirkətinin bölüşdürülməmiş mənfəəti isə il ərzində 75.8% artaraq 16.16 mln. manata çatıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Logistika şirkətinin cəmi gəlirləri 2024-cü ildə 65.12 mln. manat olub ki, bu da illik müqayisədə 20.5% artım deməkdir. Əsas fəaliyyət gəlirləri olan işlərin görülməsi və xidmətlərin göstərilməsindən daxilolmalar 17.5% artaraq 61.12 mln. manata yüksəlib. Eyni dövrdə cəmi əməliyyat xərcləri 18.4% artaraq 57.57 mln. manata çatıb. Nəticədə gəlirlərin artım tempi xərclərin artım tempini üstələyib və vergidən əvvəl mənfəət 39.3% artaraq 7.55 mln. manat olub. 2024-cü ilin sonuna “Abşeron Logistika”nın cəmi aktivləri 16.3% artaraq 37.26 mln. manata yüksəlib. Aktivlərin strukturunda ən böyük payı 29.37 mln. manatla əsas vəsaitlər təşkil edib. Ticarət və digər debitor borcları 4.01 mln. manat olub və cəmi aktivlərin təxminən 10.8%-ni formalaşdırıb. Pul vəsaitləri və onların ekvivalentləri isə 70.8% artaraq 3.5 mln. manata çatıb. Logistika şirkətinin cəmi öhdəlikləri il ərzində 7.6% azalaraq 21.10 mln. manata enib. Buna qarşılıq cəmi kapital 75.8% artaraq 16.16 mln. manata yüksəlib. Nizamnamə kapitalı dəyişməyərək 500 manat səviyyəsində qalıb. Hesabat dövründə dividend gəlirləri 2.84 mln. manat təşkil edib, 2023-cü ildə bu göstərici 1.80 mln. manat olub ki, bu da 58.0% artıma bərabərdir. Xatırladaq ki, “Abşeron Logistika” MMC 2017-ci ildə yaradılıb və yükdaşıma, logistika, nəqliyyatın təşkili, eləcə də digər kommersiya xidmətləri sahəsində fəaliyyət göstərir. Logistika şirkətinin paylarının 35%-i “PMD Group” MMC-yə, 65%-i isə fiziki şəxs Şirinova Lətafət Kamran qızına məxsusdur. TaglarAbşeron Logistika Son xəbərlər Bank xəbərləri Bank sektorunda çalışanların sayı mayda azalıb 25/06/2026 Bank xəbərləri Bankların aktivləri 60 mlrd. manatın astanasında – Beş aya 557 mln. manat xalis mənfəət 25/06/2026 Ölkə daxili Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir 25/06/2026 Ölkə daxili “Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq 25/06/2026 Digər xəbərlər Bank xəbərləri Bank sektorunda çalışanların sayı mayda azalıb 25/06/2026 Bank xəbərləri Bankların aktivləri 60 mlrd. manatın astanasında – Beş aya 557 mln. manat xalis mənfəət 25/06/2026 Ölkə daxili Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir 25/06/2026 Ölkə daxili “Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq 25/06/2026