Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red.) Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, general 10 il 6 aylıq həbs müddətini günə-gün başa vurub. O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib. Xəbəri rus dilində oxuyun: Генерал Гулиев полностью отбыл 10-летний срок Qeyd edək ki, MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. O, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və başqa ağır cinayətlərdə təqsirli bilinib.