Qızılın qiyməti 2025-ci ilin noyabrından bəri ilk dəfə 4 000 dollardan aşağı düşüb İnvestisiya 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ dollarının möhkəmlənməsi və faiz dərəcələrinin artırılması ehtimalı fonunda qızılın qiyməti 2025-ci ilin noyabrından bəri ilk dəfə bir unsiya üçün 4 000 ABŞ dollarından aşağı enib. Bloomberg-in ticarət məlumatlarına istinadən verdiyi xəbərə görə, spot qızılın qiyməti 3,5% azalaraq minimum 3 964,64 dollara düşüb. Dünən Bakı vaxtı ilə saat 19:16-ya olan məlumata əsasən isə eniş 2,6%-ə qədər zəifləyib və qızılın qiyməti təxminən 4 004 dollar olub. Hal-hazırda qızıl fyuçersləri 3 990 dollar səviyyəsində ticarət olunur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Həftənin əvvəlindən bəri ABŞ dolları indeksi təxminən 1% artıb. Bu isə dollarla qiymətləndirilən qızılı digər valyutalardan istifadə edən alıcılar üçün daha bahalı edib. Qızılın ardınca gümüşün qiyməti də 2025-ci ilin dekabrından bəri ilk dəfə bir unsiya üçün 60 dollardan aşağı düşüb. Yanvar ayında qeydə alınan zirvə ilə müqayisədə gümüş 50%-dən çox ucuzlaşıb. Son üç il ərzində mərkəzi bankların, aktiv idarəedicilərinin və fərdi investorların yüksək tələbi hesabına qızılın qiyməti ikirəqəmli templərlə artmışdı. Yanvarda qiymət tarixi maksimuma çataraq 5 600 dollara yaxınlaşsa da, o vaxtdan bəri 20%-dən çox geriləyib ki, bu da bazarın “ayı trendi”nə keçdiyini göstərir. Bloomberg yazır ki, qızılın ucuzlaşmasına təsir edən əsas amillərdən biri ABŞ ilə İran arasında baş verən münaqişə olub. Yaxın Şərqdə gərginlik və Hörmüz boğazının bağlanması enerji daşıyıcılarının bahalaşmasına, bunun nəticəsində isə inflyasiya təzyiqinin güclənməsinə səbəb olub. Bu da faiz dərəcələrinin artırılması ehtimalını yüksəldib. Qızıl faiz gəliri gətirmədiyi üçün yüksək faiz dərəcələri onu dövlət istiqrazları kimi gəlir gətirən alətlərlə müqayisədə daha az cəlbedici edir. Hazırda ABŞ və İran arasında sülh danışıqları fonunda neft qiymətləri azalır. Bununla belə, Kevin Uorş rəhbərlik etdiyi ABŞ Federal Ehtiyat Sistemi (FED) inflyasiya ilə mübarizədə sərt mövqeyini davam etdirəcəyinə işarə verib. FED iyunda baza faiz dərəcəsini 3,5–3,75% səviyyəsində saxlasa da, bu bəyanatlar qızıl üzərində təzyiqi artırıb. Bloomberg-in hesablamalarına görə, qiymətli metal son yeddi ticarət sessiyasında 8% dəyər itirib. Goldman Sachs analitiklərinin fikrincə, Uorşun sərt ritorikası inkişaf etmiş ölkələrin mərkəzi banklarının müstəqilliyi ilə bağlı narahatlıqları azalda bilər. Məhz bu narahatlıqlar son dövrlərdə investorların valyutalar əvəzinə qiymətli metallara üstünlük verməsinə səbəb olmuşdu. Son bir həftə ərzində bir neçə iri bank qızıl üzrə proqnozlarını aşağı salıb. Goldman Sachs ilin sonuna qızılın qiyməti üzrə proqnozunu 5 400 dollardan 4 900 dollara endirib. Deutsche Bank isə üçüncü rüb üzrə proqnozunu 22% azaldaraq 4 300 dollara, dördüncü rüb üzrə isə 17% azaldaraq 4 800 dollara salıb. Taglarqızıl Son xəbərlər Qeyri-bank kredit təşkilatları “Sizin Lombard”da onlayn kredit müraciəti 25/06/2026 Bank xəbərləri Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi 25/06/2026 Sığorta xəbərləri “Atəşgah” Sığorta CII ilə əməkdaşlığı genişləndirərək, IPPF statusu əldə etdi! 25/06/2026 Analitika Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir 25/06/2026 Digər xəbərlər Qeyri-bank kredit təşkilatları “Sizin Lombard”da onlayn kredit müraciəti 25/06/2026 Bank xəbərləri Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi 25/06/2026 Sığorta xəbərləri “Atəşgah” Sığorta CII ilə əməkdaşlığı genişləndirərək, IPPF statusu əldə etdi! 25/06/2026 Analitika Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir 25/06/2026