“Atəşgah” Sığorta CII ilə əməkdaşlığı genişləndirərək, IPPF statusu əldə etdi! Sığorta xəbərləri 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®24 iyun tarixində “Atəşgah” Sığorta Şirkəti ASC ilə Londonun nüfuzlu Chartered Insurance Institute (CII) arasında əməkdaşlıq çərçivəsində rəsmi tədbir təşkil olunub. Tədbirdə hər iki təşkilatın rəhbər heyətinin nümayəndələri iştirak ediblər. Əməkdaşlıq çərçivəsində “Atəşgah” Sığorta Şirkəti ASC CII-nin Azərbaycandakı Beynəlxalq Peşəkar Tərəfdaşı (International Professional Partner Firm – IPPF) statusu ilə fəaliyyət göstərəcək. Bu status şirkətin CII-nin rəsmi tədris və sertifikatlaşdırma proqramlarının ölkə üzrə tətbiqinə və inkişafına dəstək verməsini nəzərdə tutur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Chartered Insurance Institute sığorta və maliyyə planlaşdırılması sahəsində peşəkar standartların müəyyənləşdirilməsi, sertifikatlaşdırma və təlim proqramlarının həyata keçirilməsi üzrə ixtisaslaşmış beynəlxalq təşkilatdır. 1912-ci ildə Kral Nizamnaməsi (Royal Charter) ilə təsis olunan institut hazırda dünyanın müxtəlif ölkələrində 120 mindən çox üzvə malikdir. Qeyd etmək istərdik ki, “Atəşgah” Sığorta Şirkəti ilə Chartered Insurance Institute arasında əməkdaşlıq 20 ildən artıqdır uğurla davam edir və şirkətin korporativ mədəniyyətinin mühüm tərkib hissəsinə çevrilib. 2000-ci illərin əvvəlindən etibarən CII sertifikatlaşdırma proqramları şirkət əməkdaşlarının peşəkar inkişafında mühüm rol oynayır. 2003-cü ildə isə ölkəmizdə gənc mütəxəssislərin beynəlxalq səviyyədə tanınan sığorta təhsilinə çıxış imkanlarını genişləndirmək məqsədilə CII imtahan mərkəzi yaradılıb. Hazırda şirkətin daxili təlim və inkişaf proqramlarının bir hissəsi CII-nin beynəlxalq tədris materialları və metodologiyası əsasında formalaşdırılır ki, bu da insan kapitalının inkişafına sistemli yanaşmanı daha da gücləndirir. Tərəflər bu əməkdaşlıq çərçivəsində Azərbaycanda sığorta sektorunda peşəkar təhsilin səviyyəsinin yüksəldilməsini və beynəlxalq standartların daha geniş tətbiqini əsas strateji hədəf kimi müəyyən ediblər. Son xəbərlər Qeyri-bank kredit təşkilatları “Sizin Lombard”da onlayn kredit müraciəti 25/06/2026 Bank xəbərləri Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi 25/06/2026 İnvestisiya Qızılın qiyməti 2025-ci ilin noyabrından bəri ilk dəfə 4 000 dollardan aşağı düşüb 25/06/2026 Analitika Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir 25/06/2026 Digər xəbərlər Qeyri-bank kredit təşkilatları “Sizin Lombard”da onlayn kredit müraciəti 25/06/2026 Bank xəbərləri Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi 25/06/2026 İnvestisiya Qızılın qiyməti 2025-ci ilin noyabrından bəri ilk dəfə 4 000 dollardan aşağı düşüb 25/06/2026 Analitika Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir 25/06/2026