Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub Menecement (təyinatlar) 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Unicapital İnvestisiya Şirkətinin Baş direktoru Vüqar Namazov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) Bank, Maliyyə və Sığorta (BMS) Komitəsinin yeni Sədri təyin olunub. Qeyd edək ki, Vüqar Namazov bundan əvvəl Komitədə Sədr müavini kimi fəaliyyət göstərib və bu müddət ərzində maliyyə sektorunda əməkdaşlığın gücləndirilməsi, peşəkar əlaqələrin təşviqi və sahənin inkişafına yönəlmiş təşəbbüslərin formalaşdırılmasında fəal iştirak edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu təyinat həm “Unicapital”ın ölkənin maliyyə-kapital bazarlarındakı güclü mövqeyinin, həm də şirkət rəhbərliyinin peşəkar nüfuzunun növbəti göstəricisidir. AmCham Azərbaycanın Bank, Maliyyə və Sığorta Komitəsi ölkənin maliyyə xidmətləri ekosistemində bankçılıq, maliyyə və sığorta sahələrini bir araya gətirən əsas platformalardan biridir. Komitə özəl sektor və tənzimləyici qurumlar arasında dialoqun inkişafını, şəffaflığın təşviqini və dayanıqlı maliyyə infrastrukturunun formalaşmasını dəstəkləyir. TaglarAmChamUnicapital Son xəbərlər Nəqliyyat Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək 25/06/2026 Yerli biznes xəbərləri Yeni yaradılan tikinti şirkəti nizamnamə kapitalının 20%-ni geri çəkir 25/06/2026 Ölkə xarici Ağ ev Konqresdən İranla müharibə və digər ehtiyaclar üçün $87,6 milyard istəyib 25/06/2026 Telekommunikasiya Citynet yeniləndi – hər kəs üçün daha da rahat olacaq 25/06/2026 Digər xəbərlər Nəqliyyat Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək 25/06/2026 Yerli biznes xəbərləri Yeni yaradılan tikinti şirkəti nizamnamə kapitalının 20%-ni geri çəkir 25/06/2026 Ölkə xarici Ağ ev Konqresdən İranla müharibə və digər ehtiyaclar üçün $87,6 milyard istəyib 25/06/2026 Telekommunikasiya Citynet yeniləndi – hər kəs üçün daha da rahat olacaq 25/06/2026