ABŞ “Exxon”, “Chevron”, “Shell” və “BP”nin benzinin qiymətini süni şəkildə artırıb-artırmadığını araşdıracaq Ölkə xarici 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ hakimiyyəti “Exxon Mobil”, “Chevron”, “Shell”, “BP” və digər neft şirkətlərinin ölkədə benzinin qiymətini süni şəkildə artırıb-artırmadığını araşdıracaq. Bunu ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə görüşü zamanı bildirib. Jurnalistlər Trampdan ABŞ-də benzinin qiymətlərinin neftin ucuzlaşmasına baxmayaraq nəzərəçarpacaq dərəcədə enməməsi ilə bağlı araşdırma aparılacağı barədə əvvəlki açıqlamasını şərh etməsini xahiş ediblər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Bu, Exxon Mobil, Chevron, Shell, BP və bir çox digər şirkətlərə aiddir. Neftin qiyməti çox ciddi şəkildə aşağı düşüb”, – deyə Tramp bildirib və əlavə edib ki, buna baxmayaraq ABŞ-də benzinin qiyməti eyni dərəcədə ucuzlaşmayıb. “Biz genişmiqyaslı araşdırma aparırıq. Qiymətlər bazarda baş verən dəyişikliklərə uyğun şəkildə enmir”, – deyə ABŞ prezidenti vurğulayıb. Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrində benzinin qiyməti xeyli aşağı olmalıdır. “Ola bilsin ki, neft şirkətləri qiymətləri süni şəkildə yüksək saxlayırlar. Ümid edirəm ki, belə deyil. Əks halda onların böyük problemləri olacaq. Biz onlarla yumşaq davranmayacağıq”, – deyə Tramp qeyd edib. Tramp hesab edir ki, hazırda ABŞ-də benzinin qiyməti bir qallon (3,785 litr) üçün 2,25 dollardan aşağı olmalıdır. Amerikanın Avtomobil Assosiasiyasının məlumatına görə isə iyunun 24-nə ABŞ-də Regular markalı benzinin (təxminən AI-92 markasına uyğun) orta pərakəndə satış qiyməti bir qallon üçün təxminən 3,93 dollar təşkil edib. Son xəbərlər Bank xəbərləri İpoteka bazarında fəallıq zəifləyir – Fond (İZKF) isə həm ayırmaları, həm də vəsait cəlbini azaldır 25/06/2026 Yerli biznes xəbərləri Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub 25/06/2026 Nəqliyyat Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək 25/06/2026 Yerli biznes xəbərləri Yeni yaradılan tikinti şirkəti nizamnamə kapitalının 20%-ni geri çəkir 25/06/2026 Digər xəbərlər Bank xəbərləri İpoteka bazarında fəallıq zəifləyir – Fond (İZKF) isə həm ayırmaları, həm də vəsait cəlbini azaldır 25/06/2026 Yerli biznes xəbərləri Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub 25/06/2026 Nəqliyyat Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək 25/06/2026 Yerli biznes xəbərləri Yeni yaradılan tikinti şirkəti nizamnamə kapitalının 20%-ni geri çəkir 25/06/2026