Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub Yerli biznes xəbərləri 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®“Baku Steel Company” QSC-nin (bundan sonra – BSC) baş direktoru Kamal İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti V Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF-2026) çərçivəsində Daşkənd şəhərində səfərdə olub və Özbəkistan Respublikasının dövlət qurumları, eləcə də aparıcı sənaye şirkətlərinin nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirib. Görüşlərdə əsas diqqət metallurgiya sənayesində əməkdaşlıq perspektivlərinə, innovativ texnologiyaların tətbiqinə, xammal və məhsul tədarük zəncirlərinin inkişafına, həmçinin regional sənaye layihələrində iştirak imkanlarına yönəldilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov, həmçinin “Özbəkneftqaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Abduqani Sanginov, “Özbəkistan Metallurgiya Kombinatı” Səhmdar Cəmiyyətinin (“Uzmetkombinat”) İdarə Heyətinin sədri – baş direktoru Bahodir Abdullayev və Daşkənd Metallurgiya Zavodunun rəhbərliyi ilə görüşlər keçirilib. Tərəflər sənaye əməkdaşlığı, təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi, BSC məhsullarının Özbəkistan bazarına ixracının artırılması, Özbəkistan şirkətlərinin BSC-nin tədarük zəncirinə inteqrasiyası, habelə gələcək kommersiya əməkdaşlığı imkanlarını müzakirə ediblər. BSC region ölkələri ilə sənaye əməkdaşlığının inkişafına xüsusi önəm verir. Forum günlərində keçirilən görüş və müzakirələr Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə, sənaye kooperasiyasının gücləndirilməsinə və yeni investisiya imkanlarının formalaşmasına töhfə verir. BSC bu istiqamətdə fəaliyyəti ilə iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə və iqtisadi inkişafa dəstək verməyi hədəfləyir. BSC-nin baş direktoru Kamal İbrahimov şirkətin forumda iştirakını şərh edərək bildirib: “Daşkənddə keçirilən görüşlər bizə Özbəkistan bazarının tələbatını birbaşa öyrənmək və profil nazirlik, eləcə də ölkənin aparıcı müəssisələri ilə konkret tədarük formatlarını müzakirə etmək imkanı verdi. Biz birbaşa işgüzar əlaqələr qurduq və praktiki nəticəyə — tədarük həcminin artırılmasına və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmişik”. BSC beynəlxalq əməkdaşlıq coğrafiyasını genişləndirmək, qlobal sənaye dəyər zəncirlərində mövqelərini daha da möhkəmləndirmək və innovativ istehsal həlləri hesabına metallurgiya sektorunda dayanıqlı inkişafı təmin etmək istiqamətində fəaliyyətini uğurla davam etdirir. Şirkət haqqında “Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir. Müasir texnologiyalar əsasında fəaliyyət göstərən şirkət tikinti, infrastruktur, sənaye və neft-qaz sektorları üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir. BSC-nin məhsulları beynəlxalq standartların tələblərinə cavab verir və ABŞ, Avropa İttifaqı və digər ölkələrin bazarlarına ixrac olunur. Əlavə məlumat: www.bakusteel.com Fotolar: TaglarBaku Steel Company Son xəbərlər Bank xəbərləri İpoteka bazarında fəallıq zəifləyir – Fond (İZKF) isə həm ayırmaları, həm də vəsait cəlbini azaldır 25/06/2026 Ölkə xarici ABŞ “Exxon”, “Chevron”, “Shell” və “BP”nin benzinin qiymətini süni şəkildə artırıb-artırmadığını araşdıracaq 25/06/2026 Nəqliyyat Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək 25/06/2026 Yerli biznes xəbərləri Yeni yaradılan tikinti şirkəti nizamnamə kapitalının 20%-ni geri çəkir 25/06/2026 Digər xəbərlər Bank xəbərləri İpoteka bazarında fəallıq zəifləyir – Fond (İZKF) isə həm ayırmaları, həm də vəsait cəlbini azaldır 25/06/2026 Ölkə xarici ABŞ “Exxon”, “Chevron”, “Shell” və “BP”nin benzinin qiymətini süni şəkildə artırıb-artırmadığını araşdıracaq 25/06/2026 Nəqliyyat Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək 25/06/2026 Yerli biznes xəbərləri Yeni yaradılan tikinti şirkəti nizamnamə kapitalının 20%-ni geri çəkir 25/06/2026