Xüsusi tənzimləmə rejiminin üçüncü dövründə iştirakla bağlı müraciətlərin qəbulu başlayıb Bank xəbərləriKripto valyutalar 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İnnovativ maliyyə məhsul və xidmətlərinin Mərkəzi Bankın nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin üçüncü dövründə iştirakla bağlı müraciətlərin qəbulu başlayıb. Banker.az bunu Mərkəzi Banka istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu mərhələdə maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən innovativ məhsul və xidmətlərin sınaqdan keçirilməsi üçün müraciətlərin qəbulu həyata keçiriləcək. Qəbul prosesi 2 ay müddətində açıq olacaq. Müraciətlər 25 avqust 2026-cı il tarixinədək qəbul ediləcək. Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulları Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq. Qeyd edək ki, xüsusi tənzimləmə rejimi ölkədə innovativ maliyyə həllərinin inkişafını, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsini, eləcə də maliyyə bazarının daha şəffaf və səmərəli şəkildə inkişafını dəstəkləməyi hədəfləyir. Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün Mərkəzi Banka “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkündür. Son xəbərlər Bank xəbərləri Müştərilərin hesab balansları bərpa edildi ABB-dən yeni açıqlama 25/06/2026 Bank xəbərləri İpoteka bazarında fəallıq zəifləyir – Fond (İZKF) isə həm ayırmaları, həm də vəsait cəlbini azaldır 25/06/2026 Ölkə xarici ABŞ “Exxon”, “Chevron”, “Shell” və “BP”nin benzinin qiymətini süni şəkildə artırıb-artırmadığını araşdıracaq 25/06/2026 Yerli biznes xəbərləri Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub 25/06/2026 Digər xəbərlər Bank xəbərləri Müştərilərin hesab balansları bərpa edildi ABB-dən yeni açıqlama 25/06/2026 Bank xəbərləri İpoteka bazarında fəallıq zəifləyir – Fond (İZKF) isə həm ayırmaları, həm də vəsait cəlbini azaldır 25/06/2026 Ölkə xarici ABŞ “Exxon”, “Chevron”, “Shell” və “BP”nin benzinin qiymətini süni şəkildə artırıb-artırmadığını araşdıracaq 25/06/2026 Yerli biznes xəbərləri Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub 25/06/2026