Azərbaycanda yeni verilmiş kreditlər ucuzlaşır – Mərkəzi Bank Bank xəbərləri 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda yeni cəlb olunmuş müddətli manat depozitləri üzrə orta faiz dərəcəsi 2026-cı ilin iyun ayında 7.96% təşkil edib. Bu göstərici ilin əvvəlindəki 6.54%-lə müqayisədə 1.42 faiz bəndi yüksəkdir. Banker.az Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, may ayı ilə müqayisədə manat depozitlərinin orta faiz dərəcəsi 7.99%-dən 7.96%-ə qədər cüzi geriləyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yeni verilmiş manat kreditləri üzrə orta faiz dərəcəsi isə iyunda 18.30% olub. Bu göstərici may ayındakı 17.92%-lə müqayisədə 0.38 faiz bəndi artsa da, mart ayında qeydə alınmış 19.05%-lik səviyyədən aşağıdır. Xarici valyutada yeni cəlb olunmuş müddətli depozitlər üzrə orta faiz dərəcəsi iyunda 2.60%-ə düşüb. Xarici valyutada verilmiş kreditlərin orta faiz dərəcəsi isə maydakı 6.24%-dən 5.39%-ə enib. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu il artıq dörd faiz qərarı açıqlayıb. Tənzimləyici sonuncu dəfə fevral ayında pul siyasətini yumşaldaraq uçot dərəcəsini 25 baza bəndi azaldıb və onu 6.5%-ə endirib. Həmin vaxt faiz dəhlizinin aşağı həddi 5.5%-ə, yuxarı həddi isə 7.5%-ə endirilib. Ölkədə may üzrə inflyasiya illik 5.6% təşkil edib. Son xəbərlər Energetika “Chevron”un rəhbəri: Benzinin qiyməti probleminin sürətli həlli yoxdur. Bu, zaman tələb edir 25/06/2026 İnvestisiya Proqnoz bazarı platforması “Kalshi” $40 mlrd. dəyərləndirmə ilə investisiya cəlb etmək üçün danışıqlar aparır 25/06/2026 Ölkə daxili Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub 25/06/2026 Ölkə daxili Onlara “general-mayor” ali hərbi rütbəsi verildi 25/06/2026 Digər xəbərlər Energetika “Chevron”un rəhbəri: Benzinin qiyməti probleminin sürətli həlli yoxdur. Bu, zaman tələb edir 25/06/2026 İnvestisiya Proqnoz bazarı platforması “Kalshi” $40 mlrd. dəyərləndirmə ilə investisiya cəlb etmək üçün danışıqlar aparır 25/06/2026 Ölkə daxili Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub 25/06/2026 Ölkə daxili Onlara “general-mayor” ali hərbi rütbəsi verildi 25/06/2026