Proqnoz bazarı platforması “Kalshi” $40 mlrd. dəyərləndirmə ilə investisiya cəlb etmək üçün danışıqlar aparır İnvestisiya 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Proqnoz bazarı platforması “Kalshi” təxminən 40 milyard dollar dəyərləndirmə ilə yeni investisiya raundu üzrə danışıqlar aparır. Bu barədə məsələdən məlumatlı mənbələrə istinadən “Financial Times” yazır. Mənbələrin sözlərinə görə, şirkət yeni maliyyələşdirmə raundunu artıq 2026-cı ilin üçüncü rübündə başa çatdıra bilər. “Kalshi” isə məlumatı şərh etməkdən imtina edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Gözlənilən 40 milyard dollarlıq qiymətləndirmə şirkətin 2026-cı ilin mayında investisiya cəlb etdiyi 22 milyard dollarlıq dəyərdən demək olar ki, iki dəfə yüksəkdir. Həmin vaxt “Kalshi” “Coatue Management”, “Sequoia Capital”, “Andreessen Horowitz”, “Morgan Stanley” və digər investorlardan 1 milyard dollar cəlb etdiyini açıqlamışdı. Müqayisə üçün, şirkət 2025-ci ilin oktyabrında 5 milyard, dekabrında isə 11 milyard dollar dəyərləndirilmişdi. “Kalshi” 2018-ci ildə Tarek Mansour və Luana Lopes Lara tərəfindən təsis edilib. Onlar Massaçuseç Texnologiya İnstitutunda (MIT) təhsil alarkən tanış olublar. Platforma istifadəçilərə gələcək hadisələrin nəticələri üzrə mərc etməyə imkan verir və proqnoz bazarında ən iri oyunçulardan biri hesab olunur. “Financial Times” qeyd edir ki, “Kalshi” xüsusilə 2024-cü ildə ABŞ prezident seçkiləri ərəfəsində böyük populyarlıq qazanıb. Nəşrin məlumatına görə, “Kalshi”də edilən mərclərin təxminən 65%-i idman hadisələri ilə bağlıdır. 2026-cı ilin mayında platformada ticarət həcmi 17 milyard dolları ötüb. Bir il əvvəl bu göstərici 5 milyard dollardan az idi. “The Information”un mənbələri bildirirlər ki, şirkət gözlənilən illik gəlirin sürətlə artması fonunda banklarla ilkin kütləvi səhm təklifi (IPO) barədə qeyri-rəsmi danışıqlar aparır. Mənbələrin iddiasına görə, “Kalshi”nin gözlənilən illik gəliri artıq 2 milyard dollara çatıb. Şirkətin baş direktoru Tarek Mansour iyunun 24-də “Kalshi”nin IPO imkanını nəzərdən keçirdiyini təsdiqləyib, lakin bunun 2026-cı ildə baş verməyəcəyini bildirib. TaglarKalshi Son xəbərlər Energetika “Chevron”un rəhbəri: Benzinin qiyməti probleminin sürətli həlli yoxdur. Bu, zaman tələb edir 25/06/2026 Bank xəbərləri Azərbaycanda yeni verilmiş kreditlər ucuzlaşır – Mərkəzi Bank 25/06/2026 Ölkə daxili Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub 25/06/2026 Ölkə daxili Onlara “general-mayor” ali hərbi rütbəsi verildi 25/06/2026 Digər xəbərlər Energetika “Chevron”un rəhbəri: Benzinin qiyməti probleminin sürətli həlli yoxdur. Bu, zaman tələb edir 25/06/2026 Bank xəbərləri Azərbaycanda yeni verilmiş kreditlər ucuzlaşır – Mərkəzi Bank 25/06/2026 Ölkə daxili Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub 25/06/2026 Ölkə daxili Onlara “general-mayor” ali hərbi rütbəsi verildi 25/06/2026