Ərdoğan 2028-ci ildə yenidən prezidentliyə namizəd ola bilər Ölkə xarici 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2028-ci ildə keçiriləcək Prezident seçkilərində üçüncü dəfə namizədliyini irəli sürə bilər. Bu barədə Anadolu Agentliyinə Prezidentin baş müşaviri və Prezident Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum bildirib. Onun sözlərinə görə, əgər parlament Ərdoğanın ikinci prezidentlik müddəti ərzində seçkilərin daha erkən tarixdə keçirilməsi barədə qərar qəbul edərsə, Konstitusiyaya əsasən, dövlət başçısının yenidən namizəd olması üçün hüquqi imkan yaranacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Mehmet Uçum qeyd edib ki, hazırda seçkilərin 7 may 2028-ci il və ya bir neçə həftə daha erkən – 16 aprel 2028-ci ildə keçirilməsi variantları müzakirə olunur. O vurğulayıb ki, belə bir qərar Konstitusiyada nəzərdə tutulan istisna hal hesab edilir və Ərdoğana sonuncu dəfə prezidentliyə namizəd olmaq imkanı verə bilər. MənbəAZƏRTAC Taglarprezident seçkiləriRəcəb Tayyib ƏrdoğanTürkiyə Son xəbərlər Sığorta xəbərləri Azərbaycanın sığorta bazarında beynəlxalq kvalifikasiya modelləri tətbiq edilə bilər 25/06/2026 Energetika “Chevron”un rəhbəri: Benzinin qiyməti probleminin sürətli həlli yoxdur. Bu, zaman tələb edir 25/06/2026 Bank xəbərləri Azərbaycanda yeni verilmiş kreditlər ucuzlaşır – Mərkəzi Bank 25/06/2026 İnvestisiya Proqnoz bazarı platforması “Kalshi” $40 mlrd. dəyərləndirmə ilə investisiya cəlb etmək üçün danışıqlar aparır 25/06/2026 Digər xəbərlər Sığorta xəbərləri Azərbaycanın sığorta bazarında beynəlxalq kvalifikasiya modelləri tətbiq edilə bilər 25/06/2026 Energetika “Chevron”un rəhbəri: Benzinin qiyməti probleminin sürətli həlli yoxdur. Bu, zaman tələb edir 25/06/2026 Bank xəbərləri Azərbaycanda yeni verilmiş kreditlər ucuzlaşır – Mərkəzi Bank 25/06/2026 İnvestisiya Proqnoz bazarı platforması “Kalshi” $40 mlrd. dəyərləndirmə ilə investisiya cəlb etmək üçün danışıqlar aparır 25/06/2026