Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib Yerli biznes xəbərləri 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi Qaydaları”ı təsdiqlənib. Nazirlər Kabineti bu barədə qərar verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qiymətləndirilməni həyata keçirən qurum olaraq İqtisadiyyat Nazirliyi müəyyən edilib. Nazirlər Kabinetindən verilən şərhdə bildirilib ki, qərarın qəbul edilməsi ilə dövlət orqanları (qurumları) tərəfindən sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara göstərilən dövlət dəstəyi mexanizmləri həyata keçiriləcək, həmçinin dəstək göstərən qurumlar tərəfindən sahibkarlıq subyektlərinə göstərilən dəstəklərin səmərəliliyinin qiymətləndirilməsi təmin ediləcəkdir. Yeni dəstək mexanizmlərinin tətbiqindən öncə onu təklif edən dövlət orqanı (qurumu) tərəfindən dəstək mexanizmlərinin ilkin (proqnoz) qiymətləndirilməsi və hal-hazırda sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstək mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi həyata keçiriləcək. MənbəAPA TaglarAzərbaycan İqtisadiyyat NazirliyiAzərbaycan Nazirlər Kabinetisahibkarlıq subyektləri Son xəbərlər Vergi xəbərləri Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib 25/06/2026 Ölkə xarici Ərdoğan 2028-ci ildə yenidən prezidentliyə namizəd ola bilər 25/06/2026 Sığorta xəbərləri Azərbaycanın sığorta bazarında beynəlxalq kvalifikasiya modelləri tətbiq edilə bilər 25/06/2026 Energetika “Chevron”un rəhbəri: Benzinin qiyməti probleminin sürətli həlli yoxdur. Bu, zaman tələb edir 25/06/2026 Digər xəbərlər Vergi xəbərləri Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib 25/06/2026 Ölkə xarici Ərdoğan 2028-ci ildə yenidən prezidentliyə namizəd ola bilər 25/06/2026 Sığorta xəbərləri Azərbaycanın sığorta bazarında beynəlxalq kvalifikasiya modelləri tətbiq edilə bilər 25/06/2026 Energetika “Chevron”un rəhbəri: Benzinin qiyməti probleminin sürətli həlli yoxdur. Bu, zaman tələb edir 25/06/2026