İran Futbol Federasiyası FİFA-dan 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin Misirə qarşı oyunu zamanı LGBT tərəfdarı nümayişinə icazə verməməyi xahiş edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. “İran və Misir köklü mədəni və dini əlaqələri olan iki müsəlman xalqıdır. Hər iki federasiyanın ifadə etdiyi fikirlər hər iki ölkənin xalqının paylaşdığı dəyərləri və inancları əks etdirir. Mövqeyimiz ondan ibarətdir ki, bu hərəkatla bağlı heç bir mərasim və ya tanıtım tədbirləri stadionda və ya matçın bir hissəsi kimi keçirilməməlidir”, - məlumatda deyilir. Qeyd edək ki, qarşılaşma iyunun 27-si, Bakı vaxtı ilə saat 7:00-a təyin edilib.