Miley hökuməti Wall Street-ə çıxmadan 7%-dən aşağı faizlə dollar cəlb edib Xarici xəbərlər 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Argentina iyulun 9-da istiqrazlar üzrə ödəməli olduğu 4.2 milyard dollara beynəlxalq borc bazarına qayıtmadan hazırlaşa bilib. Xavyer Miley hökuməti Wall Street-də təxminən 10%-lik gəlirliliklə istiqraz yerləşdirmək əvəzinə dolları alternativ kanallar vasitəsilə xeyli daha ucuz — orta hesabla 6.7%-lə cəlb edib. Bloomberg bunu yerli broker PPI-nin məlumatlarına istinadən yazır. Hazırda tələb olunan məbləğin təxminən 85%-i, yəni 3.6 milyard dollara yaxın vəsait Maliyyə Nazirliyinin depozitlərində yerləşir. Qalan hissənin yerli bazarda dollar istiqrazlarının yerləşdirilməsindən, Mərkəzi Bankın alışlarından və beynəlxalq maliyyə təşkilatlarının dəstəklədiyi maliyyələşdirmədən daxil olacağı gözlənilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bazar ertəsi qəbul edilən xüsusi dekret Argentinaya Dünya Bankı və Amerikalararası İnkişaf Bankının təminatı ilə aparılan əməliyyatlar vasitəsilə 5 milyard dollara qədər vəsait cəlb etmək imkanı verib. Argentinanın iqtisadiyyat naziri Luis Kaputonun hesablamasına görə, bu maliyyələşmənin gəlirliliyi təxminən 6% təşkil edə bilər. Bu strategiya niyə işə yaradı? Balanz Capital-da suveren borc şöbəsinin rəhbəri Pilar Tavelyanın sözlərinə görə, strategiya risksiz deyildi. “Əgər ABŞ xəzinə istiqrazlarının gəlirliliyi kəskin artsaydı və ya İrandakı müharibə daha da gərginləşsəydi, bu plan işləməyə bilərdi”, — o bildirib. Fitch-in mayda, S&P-nin isə iyunda Argentinanın kredit reytinqini yüksəltməsindən sonra ölkə riski təxminən 430 baza bəndinədək azalıb. Bu göstərici investorların Argentinaya sərmayəni ABŞ-la müqayisədə nə qədər riskli hesab etdiyini göstərir. Hazırkı səviyyə bir neçə ay əvvəl müşahidə edilən göstəricidən təxminən 100 baza bənd aşağıdır. Buenos-Ayresdə fəaliyyət göstərən AdCap Financial Group-un analitika rəhbəri Federiko Filippini hesab edir ki, Argentina istiqrazlarının gəlirliliyi artıq xarici bazara qayıdış üçün daha münasib səviyyəyə yaxınlaşır. “Nyu-York ştatının qanunvericiliyinə əsasən buraxılmış Argentina dövlət istiqrazlarının gəlirliliyi artıq təxminən 9% olduğu üçün ölkə xaricində yeni yerləşdirmə ssenarisi getdikcə daha real görünür”, — o deyib. Kaputoya nə kömək etdi? Hökumət daxili bazarın imkanlarından da istifadə edib. Argentina 2027 və 2028-ci illərdə ödəniləcək dollar istiqrazları yerləşdirərək valyutanı birbaşa yerli investorlardan cəlb edib. Bununla yanaşı, hökumət daxili borc hərracları vasitəsilə peso ilə borclanıb. Bu vəsaitlər milli valyutada cari xərclərin maliyyələşdirilməsinə yönəldilə bilər. Beləliklə, dollar depozitlərini xarici borc üzrə yaxınlaşan ödəniş üçün qorumaq mümkün olur. Argentina hökuməti peso ilə buraxılan bu alətlər üzrə illik təxminən 20% ödəyir. İnflyasiya nəzərə alındıqda bu, real ifadədə təxminən 7%-lik faiz dərəcəsinə uyğun gəlir. Bu niyə vacibdir? Argentina bu strategiya sayəsində yüz milyonlarla dollara qənaət edib və beynəlxalq bazarlardakı şəraitin yaxşılaşmasını gözləmək imkanı qazanıb. İndi hökumətin qarşısında xarici borc bazarına daha əlverişli şərtlərlə qayıtmaq üçün yeni imkan pəncərəsi açılır. Son xəbərlər Karyera Prezidentin general rütbəsi verdiyi şəxslər kimdir? 25/06/2026 Vergi xəbərləri Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib 25/06/2026 Yerli biznes xəbərləri Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib 25/06/2026 Ölkə xarici Ərdoğan 2028-ci ildə yenidən prezidentliyə namizəd ola bilər 25/06/2026 Digər xəbərlər Karyera Prezidentin general rütbəsi verdiyi şəxslər kimdir? 25/06/2026 Vergi xəbərləri Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib 25/06/2026 Yerli biznes xəbərləri Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib 25/06/2026 Ölkə xarici Ərdoğan 2028-ci ildə yenidən prezidentliyə namizəd ola bilər 25/06/2026