Azərbaycan və Gürcüstan gömrükçüləri nəqliyyat vasitələrinin yoxlanılmasını sinxron həyata keçirəcək Nəqliyyat 25/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanla Gürcüstan arasında birgə sərhəd nəzarəti məntəqəsi üzrə layihələndirmə işləri aparılır. Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, hökumət tərəfindən DGK-ya bu sahə üzrə müvafiq tapşırıqlar verilir: “Gürcüstanla sərhəddə yeni buraxılış məntəqəsinin inşası çərçivəsində görülən işlər əsasən obyektin yerləşəcəyi ərazinin seçilməsi ilə əlaqədardır və hazırda bu proses davam edir. Növbəti mərhələlərdə digər texniki məsələlərin həlli nəzərdə tutulur. Yaradılacaq məntəqə tam müasir standartlara cavab verəcək və burada birgə nəzarət mexanizmi tətbiq olunacaq. Başqa sözlə, Azərbaycan və Gürcüstan gömrük xidmətləri bir-birinə yaxın məsafədə çalışacaq, bu isə nəqliyyat vasitələrinin sinxron şəkildə yoxlanılmasına imkan yaradacaq”. Ş.Bağırov qeyd edib ki, belə bir sistem vaxt itkisinin qarşısını almaqla yanaşı, nəzarət prosesinin keyfiyyətini yüksəldəcək, ehtimal olunan risklərin daha tez aşkar edilməsinə şərait yaradacaq və xidmət sürətini artıracaq: “Eyni zamanda nəqliyyat vasitələrinin keçidi üçün əlavə imkanlar yaradılacaq”. MənbəREPORT TaglarAzərbaycan-Gürcüstangömrüknəqliyyat vasitələri Son xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndəriləcək 25/06/2026 Daşınmaz əmlak Bakının bu ərazisində olan tikililərdə söküntü başladı 25/06/2026 Ümumi iqtisadi xəbərlər Şahin Bağırov: “Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir” 25/06/2026 Ölkə xarici WSJ: Hörmüz boğazı İrana ildə 40 milyard dollar qazanıra bilər 25/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndəriləcək 25/06/2026 Daşınmaz əmlak Bakının bu ərazisində olan tikililərdə söküntü başladı 25/06/2026 Ümumi iqtisadi xəbərlər Şahin Bağırov: “Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir” 25/06/2026 Ölkə xarici WSJ: Hörmüz boğazı İrana ildə 40 milyard dollar qazanıra bilər 25/06/2026