AI möcüzəsinə inam azalır: Texnologiya nəhəngləri dəyər itirir Texnologiya xəbərləri 26/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ və Cənubi Koreyanın fond bazarlarında texnologiya sektorunda eniş müşahidə olunur. Xüsusilə süni intellekt və yarımkeçirici çip istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərin səhmləri son günlər ciddi dəyər itirib. İyunun 23-dən etibarən süni intellekt texnologiyalarının hazırlanması və bu sahənin infrastrukturunun qurulması ilə məşğul olan iri şirkətlərin səhmləri ucuzlaşmağa başlayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ekspertlər bazarda yaranan mənfi tendensiyanın konkret bir səbəblə bağlı olmadığını bildirsələr də, investorların süni intellekt sektorunun gələcək inkişaf perspektivləri və bu sahədən əldə olunacaq gəlirlərlə bağlı şübhələrinin artdığını qeyd edirlər. Məlumata görə, şirkət rəhbərləri də süni intellekt həllərinin gündəlik iş proseslərində effektivliyini yenidən qiymətləndirməyə başlayıblar. Bu səbəbdən bəzi müəssisələr daha əvvəl süni intellektə üstünlük verərək ixtisar etdikləri əməkdaşları yenidən işə qaytarırlar. Mütəxəssislərin fikrincə, hazırda yaşanan proses süni intellekt sektorunda formalaşan yüksək gözləntilərin real nəticələrlə nə dərəcədə üst-üstə düşdüyünü müəyyən edəcək. MənbəMODERN.AZ TaglarAİ Son xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər 26/06/2026 Ölkə daxili Gömrük Komitəsi elektron ticarətdə sui-istifadənin qarşısını almaq üçün yeni tədbirlər görür 26/06/2026 Neft və Qaz Azərbaycan nefti bahalaşıb 26/06/2026 Ölkə daxili Şahin Bağırov: “Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək” 26/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər 26/06/2026 Ölkə daxili Gömrük Komitəsi elektron ticarətdə sui-istifadənin qarşısını almaq üçün yeni tədbirlər görür 26/06/2026 Neft və Qaz Azərbaycan nefti bahalaşıb 26/06/2026 Ölkə daxili Şahin Bağırov: “Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək” 26/06/2026