Şahin Bağırov: “Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək” Ölkə daxili 26/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Şərqi Zəngəzurda Ağbənd dövlət sərhədində buraxılış məntəqəsinin istifadəyə verilməsi üçün işlər davam etdirilir və yaxın vaxtlarda bu proses tamamlanacaq. Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, ölkənin tranzit potensialının genişlənməsi ilə paralel olaraq infrastrukturun da təkmilləşdirilməsi həyata keçirilir: “Bu istiqamətdə bizə müvafiq tapşırıqlar verilib. Artıq bir neçə keçid məntəqəsi müasirləşdirilib. Xanoba dövlət sərhədindən buraxılış məntəqəsi müasir standartlara cavab verən formada fəaliyyətə başlayıb. Cənub-Astara dövlət sərhədindən buraxılış məntəqəsi də müasir tələblərə cavab verir və onun genişləndirmə tədbirlərinin ikinci mərhələsi yekunlaşdıqdan sonra daha geniş imkanlar əldə olunacaq”. MənbəREPORT TaglarAğbənd buraxılış məntəqəsiAzərbaycan Dövlət Gömrük KomitəsiŞahin Bağırov Son xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər 26/06/2026 Ölkə daxili Gömrük Komitəsi elektron ticarətdə sui-istifadənin qarşısını almaq üçün yeni tədbirlər görür 26/06/2026 Neft və Qaz Azərbaycan nefti bahalaşıb 26/06/2026 Texnologiya xəbərləri AI möcüzəsinə inam azalır: Texnologiya nəhəngləri dəyər itirir 26/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər 26/06/2026 Ölkə daxili Gömrük Komitəsi elektron ticarətdə sui-istifadənin qarşısını almaq üçün yeni tədbirlər görür 26/06/2026 Neft və Qaz Azərbaycan nefti bahalaşıb 26/06/2026 Texnologiya xəbərləri AI möcüzəsinə inam azalır: Texnologiya nəhəngləri dəyər itirir 26/06/2026