Hibrid və elektrik avtomobillərinin idxalında güzəşt olacaq? Avto xəbərlər 26/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda hibrid və elektrik avtomobillərinin ölkəyə gətirilməsində formalaşan meyllərin qiymətləndirilməsi bu ilin sonunda aparılacaq. Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, hazırda hibrid və elektrik avtomobillərinin idxalında azalma müşahidə olunsa da, bu tendensiyanın davamlı olub-olmayacağını indidən söyləmək mümkün deyil: “2025-ci ildə Azərbaycana 68 mindən çox hibrid avtomobil idxal edilib. Həmin dövrdə istehsal tarixi 3 ili keçməyən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən az olan avtomobillərə müəyyən güzəştlər tətbiq olunurdu. Ötən il ölkəyə təxminən 2 min elektrik avtomobili gətirilib. Cari ilin ilk beş ayında isə onların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə azalıb. Bunun əsas səbəbi güzəştlərin başa çatmasıdır. Eyni zamanda, ötən il vətəndaşlar güzəşt müddətindən istifadə edərək ehtiyacları çərçivəsində kifayət qədər avtomobil idxal etmişdilər”. Ş.Bağırov qeyd edib ki, avtomobillərin sayının təxminən iki dəfə azalmasına baxmayaraq, cari ilin ilk beş ayında bu kateqoriya üzrə 12 milyon manatdan çox gömrük ödənişi toplanıb: “Növbəti mərhələdə idxal yenidən arta bilər. Lakin hazırda bu avtomobillərin idxalının hansı dinamika ilə dəyişəcəyini dəqiq söyləmək mümkün deyil”. Yeni imtiyazların tətbiqi məsələsinə aydınlıq gətirən DGK sədri qeyd edib ki, “ilin sonunda bu məsələyə yenidən baxaraq daha aydın mənzərəni ortaya qoyacağıq”. MənbəREPORT TaglarAzərbaycan Dövlət Gömrük Komitəsielektrik avtomobilləriŞahin Bağırov Son xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər 26/06/2026 Ölkə daxili Gömrük Komitəsi elektron ticarətdə sui-istifadənin qarşısını almaq üçün yeni tədbirlər görür 26/06/2026 Neft və Qaz Azərbaycan nefti bahalaşıb 26/06/2026 Texnologiya xəbərləri AI möcüzəsinə inam azalır: Texnologiya nəhəngləri dəyər itirir 26/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər 26/06/2026 Ölkə daxili Gömrük Komitəsi elektron ticarətdə sui-istifadənin qarşısını almaq üçün yeni tədbirlər görür 26/06/2026 Neft və Qaz Azərbaycan nefti bahalaşıb 26/06/2026 Texnologiya xəbərləri AI möcüzəsinə inam azalır: Texnologiya nəhəngləri dəyər itirir 26/06/2026