“Volkswagen” şirkətinin rəhbərliyi 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır Xarici biznes xəbərləri 26/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Almaniyanın nəhəng avtomobil istehsalçısı “Volkswagen” konserni qarşıdakı illərdə genişmiqyaslı restrukturizasiya proqramı çərçivəsində dünya üzrə 100 minədək iş yerini ixtisar etməyi nəzərdən keçirir. Plan reallaşacağı təqdirdə bu, konsernin hazırda malik olduğu təxminən 657 min iş yerinin əhəmiyyətli hissəsini əhatə edəcək. Beləliklə, ixtisarların həcmi 2030-cu ilədək nəzərdə tutulan və indiyədək 50 min iş yerini əhatə edən əvvəlki hədəfdən iki dəfə çox olacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata əsasən, “Volkswagen” rəhbərliyi tərəfindən hazırlanan yenidənqurma konsepsiyası çərçivəsində Almaniyadakı dörd zavodun – Hannover, Zvikau və Emden şəhərlərində yerləşən müəssisələrin, həmçinin Nekkarzulmdakı “Audi” zavodunun fəaliyyətinin dayandırılması nəzərdən keçirilir. Hazırda həmin müəssisələrdə istehsal olunan modellərin istehsal dövrü başa çatdıqdan sonra zavodların bağlanması mümkün sayılır. Bununla yanaşı, konsernin strukturunun yenidən təşkil edilərək əsas “Volkswagen” markasının və komponent istehsalı bölməsinin ayrıca şirkətlərə çevrilməsi də planlaşdırılır. MənbəAZƏRTAC Taglarişçi ixtisarıVolkswagen Son xəbərlər Avto xəbərlər “Hyundai” ABŞ-dən 100 minə yaxın avtomobili geri çağırır 26/06/2026 Ölkə xarici Borçalıda aeroport tikilir 26/06/2026 Ölkə daxili Sabahın havası: leysan yağacaq 26/06/2026 Neft və Qaz Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib 26/06/2026 Digər xəbərlər Avto xəbərlər “Hyundai” ABŞ-dən 100 minə yaxın avtomobili geri çağırır 26/06/2026 Ölkə xarici Borçalıda aeroport tikilir 26/06/2026 Ölkə daxili Sabahın havası: leysan yağacaq 26/06/2026 Neft və Qaz Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib 26/06/2026