Sabahın havası: leysan yağacaq Ölkə daxili 26/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakıda və Abşeron yarımadasında iyunun 27-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşama doğru yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, gecəyə doğru isə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20°, bəzi yerlərdə 23-26° isti olacaq. Taglarleysan Son xəbərlər Avto xəbərlər “Hyundai” ABŞ-dən 100 minə yaxın avtomobili geri çağırır 26/06/2026 Ölkə xarici Borçalıda aeroport tikilir 26/06/2026 Xarici biznes xəbərləri “Volkswagen” şirkətinin rəhbərliyi 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır 26/06/2026 Neft və Qaz Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib 26/06/2026 Digər xəbərlər Avto xəbərlər “Hyundai” ABŞ-dən 100 minə yaxın avtomobili geri çağırır 26/06/2026 Ölkə xarici Borçalıda aeroport tikilir 26/06/2026 Xarici biznes xəbərləri “Volkswagen” şirkətinin rəhbərliyi 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır 26/06/2026 Neft və Qaz Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib 26/06/2026