Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib Neft və Qaz 26/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Gürcüstan hökuməti Azərbaycan tərəfi ilə aparılan müzakirələr nəticəsində əlverişli qiymətə 2 milyard kubmetrdən artıq təbii qazın təchizatına dair təminat alıb. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə hökumətin illik fəaliyyət hesabatını təqdim edərkən bəyan edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Baş nazir bildirdib ki, hesabat dövrü ərzində ölkədə qazlaşdırma layihələri davam etdirilib və 60-dan çox yaşayış məntəqəsi qaz şəbəkəsinə qoşulub. Onun açıqlamasına əsasən, bu addım sayəsində təqribən 10 min ev təsərrüfatı təbii qazla təmin edilib. İ.Kobaxidze vurğulayıb ki, Gürcüstan üçün strateji önəm daşıyan qaz təchizatı məsələsinə dair Azərbaycanla aparılan müzakirələr müvəffəqiyyətlə yekunlaşıb: “Ölkəmiz üçün fundamental əhəmiyyət kəsb edən qaz təchizatı ilə əlaqədar dost ölkəmiz Azərbaycanla son dərəcə vacib danışıqlar apardıq. Bu müzakirələr İqtisadiyyat Nazirliyi tərəfindən uğurla başa çatdırıldı və nəticə olaraq əlverişli qiymətə 2 milyard kubmetrdən artıq qazın tədarükünə dair təminat əldə etdik”. Baş nazir xüsusi olaraq vurğulayıb ki, bu saziş Gürcüstanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. MənbəREPORT TaglarAzərbaycan-GürcüstanTəbii qaz Son xəbərlər Avto xəbərlər “Hyundai” ABŞ-dən 100 minə yaxın avtomobili geri çağırır 26/06/2026 Ölkə xarici Borçalıda aeroport tikilir 26/06/2026 Xarici biznes xəbərləri “Volkswagen” şirkətinin rəhbərliyi 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır 26/06/2026 Ölkə daxili Sabahın havası: leysan yağacaq 26/06/2026 Digər xəbərlər Avto xəbərlər “Hyundai” ABŞ-dən 100 minə yaxın avtomobili geri çağırır 26/06/2026 Ölkə xarici Borçalıda aeroport tikilir 26/06/2026 Xarici biznes xəbərləri “Volkswagen” şirkətinin rəhbərliyi 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır 26/06/2026 Ölkə daxili Sabahın havası: leysan yağacaq 26/06/2026