Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək Ölkə daxili 26/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana gələcək. Bu barədə “AnewZ” telekanalı xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata əsasən, bu səfər Avropa Komissiyası sədrinin Ermənistana səfərindən sonra baş tutacaq və onun 2022-ci ilin iyulundan bəri Azərbaycana ilk səfəri olacaq. Qarşıdakı səfər zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin cari vəziyyəti və perspektivlərinin, enerji əməkdaşlığının, eləcə də regional proseslərin müzakirə olunacağı gözlənilir. Brüsselin Cənubi Qafqazda və Orta Dəhliz boyunca yerləşən ölkələrdə nəqliyyat, enerji və rəqəmsal əlaqələri gücləndirmək səyləri fonunda həyata keçiriləcək regional səfərdə Ursula fon der Lyayeni Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos müşayiət edəcək. Xatırladaq ki, fon der Lyayenin Azərbaycana əvvəlki səfərinin yekunları üzrə enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb ki, bu da Azərbaycan qazının Aİ-yə tədarükünün artırılması üçün zəmin yaradıb. MənbəREPORT TaglarUrsula fon der Lyayen Son xəbərlər Avto xəbərlər “Hyundai” ABŞ-dən 100 minə yaxın avtomobili geri çağırır 26/06/2026 Ölkə xarici Borçalıda aeroport tikilir 26/06/2026 Xarici biznes xəbərləri “Volkswagen” şirkətinin rəhbərliyi 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır 26/06/2026 Ölkə daxili Sabahın havası: leysan yağacaq 26/06/2026 Digər xəbərlər Avto xəbərlər “Hyundai” ABŞ-dən 100 minə yaxın avtomobili geri çağırır 26/06/2026 Ölkə xarici Borçalıda aeroport tikilir 26/06/2026 Xarici biznes xəbərləri “Volkswagen” şirkətinin rəhbərliyi 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır 26/06/2026 Ölkə daxili Sabahın havası: leysan yağacaq 26/06/2026