Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçilərini təltif edib. “Qafqazinfo” xəbər verir ki, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan şəhidlər arasında Biləsuvarın Çaylı kəndinin şəhidləri də yer alıb. Sözügedən kənd 44 günlük Vətən Müharibəsində 7 şəhid verib. Prezidentin bir kənddən təltif etdiyi şəhidlərin adlarını təqdim edirik: Babayev Elməddin Cəfərqulu oğlu – gizir Məmişli Sahil Ağaverdi oğlu – gizir Qəniyev Cahid Şaiq oğlu – gizir Kərimov Elvin Mürşüd oğlu – kiçik çavuş Məmmədzadə Kamran Fizuli oğlu – əsgər Allahverdiyev Elnur Kamil oğlu–əsgər