Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, qəza rayonun Qaradağlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı, 10-LK-622 dövlət qeydiyyat nişanlı avtomobil qarşı istiqamətdən gələn “VAZ-2107” markalı, 90-FJ-958 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində 1957-ci il təvəllüdlü Mehman Ərşad oğlu Allahverdiyev, 1986-cı il təvəllüdlü Coşqun Allahverdi oğlu Abbasov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov və 1990-cı il təvəllüdlü Nahid Vahid oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.