İsmayıllı rayonunda bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, rayonun Qubaxəlilli kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Məhərrəmov su kanalında batıb. Hazırda axtarışlar davam etdirilir. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib. Hazırda vətəndaş - 2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir. 2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.