Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır Aqrarbiznes 28/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayında ciddi azalma müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2025-ci illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 0.9% azalıb. Son 10 ilin dinamikasına nəzər saldıqda isə xırdabuynuzlu heyvanların sayında 20-25%, iribuynuzlu heyvanlarda isə 7-8% azalma qeydə alınıb. Mütəxəssislər və təsərrüfat sahibləri bu azalmanın bir neçə əsas səbəbinin olduğunu bildirirlər:⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə – Yem bazasının və otlaq sahələrinin azalması: Təbii otlaq sahələrinin azalması və keyfiyyətli yemə olan tələbatın ödənilməməsi fermerləri çətin vəziyyətdə qoyur. – Yemlərin bahalaşması: Arpa və otun qiymətindəki artım yem rasionunu bahalaşdırır. – Yemlərdə keyfiyyətsiz qatqılar: Fermerlər bəzi hallarda yemlərə daş tozu və digər qatqıların vurulduğunu, bunun da heyvanların tələf olmasına səbəb olduğunu bildirirlər. – Erkən kəsim: Heyvanların tam böyümədən, xüsusilə, damazlıq üçün yararlı olan dövrdə kəsimə göndərilməsi sürünün gələcəkdə azalmasına yol açır. İqtisadçı Xalid Kərimli qeyd edib ki, əhalinin ətə olan tələbatının 25% civarında artdığı bir dövrdə mal-qaranın sayının azalması qiymət artımını labüd edir. Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirib ki, damazlıq heyvanların qorunması, fermerlərə dəstəyin artırılması və kəsim məntəqələrində nəzarətin gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, erkən yaşda və çəkisi az olan heyvanların kəsiminin qarşısı alınmalıdır. MənbəBAKU.WS TaglarAydın Hüseynovətiqtisadçı Xalid Kərimli Son xəbərlər Ölkə xarici “Aramco” şirkətinin helikopteri qəzaya uğrayıb: göyərtədəkilərin hamısı həlak olub 28/06/2026 İnvestisiya AİB Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 28%-dən çox artırıb 28/06/2026 Vergi xəbərləri Oman ilə Azərbaycan arasında ikiqat vergitutma halları aradan qaldırıla bilər 28/06/2026 Ölkə xarici İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib, layihə Knessetin plenar iclasının gündəliyinə çıxarılacaq 28/06/2026 Digər xəbərlər Ölkə xarici “Aramco” şirkətinin helikopteri qəzaya uğrayıb: göyərtədəkilərin hamısı həlak olub 28/06/2026 İnvestisiya AİB Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 28%-dən çox artırıb 28/06/2026 Vergi xəbərləri Oman ilə Azərbaycan arasında ikiqat vergitutma halları aradan qaldırıla bilər 28/06/2026 Ölkə xarici İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib, layihə Knessetin plenar iclasının gündəliyinə çıxarılacaq 28/06/2026