On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər Ölkə xarici 28/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 2036-cı ildə Almaniyanın əmək bazarında 4,3 milyon işçi çatışmazlığı yarana bilər. Bu barədə Almaniyanın İqtisadiyyat İnstitutunun (IW) yeni təhlilində bildirilir. İnstitutun yenilənmiş hesablamaları ölkədə əmək qabiliyyətli əhalinin azalmasının əvvəlki proqnozlardan daha ciddi nəticələrə səbəb olacağını göstərir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İki il əvvəl IW əmək bazarında yaranacaq fərqi təxminən 3 milyon nəfər səviyyəsində qiymətləndirmişdi. Yeni proqnoz isə əhalinin inkişafı ilə bağlı yenilənmiş statistik məlumatlara əsaslanır. Hesablamalara görə, 2036-cı ilədək 9,8 milyon nəfər əmək qabiliyyətli yaşa çatacaq və nəticədə işçi qüvvəsində 4,3 milyon nəfərlik boşluq yaranacaq. İnstitutun məlumatına görə, Almaniyada əmək ehtiyatı 2025-ci ildəki 55 milyon nəfərdən 2036-cı ildə 51,2 milyon nəfərə enəcək. Uzunmüddətli perspektivdə bu göstəricinin 2045-ci ildə 50,4 milyon nəfərə qədər azalacağı gözlənilir. Proqnozlara əsasən, Almaniya əhalisinin sayı da azalacaq. Belə ki, 2045-ci ildə ölkə əhalisinin 81,1 milyon nəfər təşkil edəcəyi və bu göstəricinin hazırkı səviyyədən 2,9 faiz aşağı olacağı gözlənilir. Əhalinin azalması daha aşağı miqrasiya axını ilə əlaqələndirilir. MənbəAZƏRTAC TaglarAlmaniyaişçi Son xəbərlər Artıq normadan çox yağan yağışlar nəqliyyatı iflic etməyəcək – Paytaxtda yenilik 28/06/2026 Aqrarbiznes Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır 28/06/2026 Ölkə xarici “Aramco” şirkətinin helikopteri qəzaya uğrayıb: göyərtədəkilərin hamısı həlak olub 28/06/2026 İnvestisiya AİB Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 28%-dən çox artırıb 28/06/2026 Digər xəbərlər Artıq normadan çox yağan yağışlar nəqliyyatı iflic etməyəcək – Paytaxtda yenilik 28/06/2026 Aqrarbiznes Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır 28/06/2026 Ölkə xarici “Aramco” şirkətinin helikopteri qəzaya uğrayıb: göyərtədəkilərin hamısı həlak olub 28/06/2026 İnvestisiya AİB Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 28%-dən çox artırıb 28/06/2026