Şəmkirdə evdə yaşlı qadın meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, 1957-ci il təvəllüdlü Xəbirə Gözəlovanın meyiti Şiştəpə kəndində yaşadığı evdən tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.