Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında baş verib. Bələ ki, Astara rayon sakini 1989-cu il təvəllüdlü Elnur Qurbanlının idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü, maşında olan həyat yoldaşı-1995-ci il təvəllüdlü Aidə Qurbanlı, 5 yaşlı övladları N.Q və 1989-cu il təvəllüdlü Rəvanə Əliyeva xəsarət alıblar. Onlar ətrafdakıların köməyi ilə nəqliyyat vasitəsindən çıxarılaraq rayon xəstəxanasına çatdırılıblar. İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraiti olub. Faktla bağlı araşdırma aparılır.