Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir Telekommunikasiya 28/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Əsgərlərimiz xidmət dövründə ailələrinə bir zəng qədər yaxın olacaqlar! “Azercell Telekom” MMC 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyi ilə tərəfdaşlıqda “Əsgərcell” xüsusi təklifini istifadəyə verir. Yeni təşəbbüs hərbi xidmət müddətində əsgərlərin ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz ünsiyyətini təmin edəcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ölkədə ilk dəfə təqdim olunan bu təklifdən yararlanmaq üçün əsgərlər xüsusi şərtlərlə fərdi cihaz və nömrəni hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən əldə edə bilərlər. Təklif çərçivəsində nömrələrdə onlar üçün nəzərdə tutulmuş tarif aktiv ediləcək. İnformasiya təhlükəsizliyi tələblərinə uyğun hazırlanmış xidmət əsgərlərə müəyyən olunmuş saatlarda “ağ siyahı”ya əlavə etdikləri istənilən 5 nömrə ilə qarşılıqlı zənglər həyata keçirmək imkanı yaradacaq. Eyni zamanda, təcili çağırış nömrələri ilə əlaqə saxlamaq mümkün olacaq. “Əsgərcell” təklifi 01 iyul 2026-cı il tarixindən etibarən aktiv olacaq. “Əsgərcell” nömrələrinin istifadə müddəti 18 ay müəyyən edilib. Bu müddət ərzində nömrələrin xətti daim açıq qalacaq. Təklifə qoşulma şərtləri və ətraflı məlumat üçün: Əsgərcell. “Azercell Telekom” MMC 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrini təbrik edir, Vətənimizin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin keşiyində şərəflə xidmət edən bütün hərbçilərimizə dərin ehtiramını və minnətdarlığını bildirir. Əsgərcell – şərəflə və sədaqətlə xidmətinizdəyik! TaglarAzercell TelekomƏsgərcellSilahlı Qüvvələr Günü Son xəbərlər Ölkə xarici Almaniya Kansleri: Hər gün 500 iş yeri bağlanır 28/06/2026 Artıq normadan çox yağan yağışlar nəqliyyatı iflic etməyəcək – Paytaxtda yenilik 28/06/2026 Aqrarbiznes Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır 28/06/2026 Ölkə xarici “Aramco” şirkətinin helikopteri qəzaya uğrayıb: göyərtədəkilərin hamısı həlak olub 28/06/2026 Digər xəbərlər Ölkə xarici Almaniya Kansleri: Hər gün 500 iş yeri bağlanır 28/06/2026 Artıq normadan çox yağan yağışlar nəqliyyatı iflic etməyəcək – Paytaxtda yenilik 28/06/2026 Aqrarbiznes Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır 28/06/2026 Ölkə xarici “Aramco” şirkətinin helikopteri qəzaya uğrayıb: göyərtədəkilərin hamısı həlak olub 28/06/2026