“Maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar” – İqtisadçıdan AMB-nin qərarına şərh Bank xəbərləri 29/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Mərkəzi Bankının (AMB) məsafədən istehlak kreditləri üzrə tətbiq etdiyi yeni təhlükəsizlik tələbləri kiberdələduzluq risklərinin azaldılmasına xidmət etsə də, bu sahədə təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsinə və vətəndaşların maarifləndirilməsinə ehtiyac qalır. Banker.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov AMB-nin məsafədən kreditləşmə qaydalarına etdiyi dəyişiklikləri şərh edərkən bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Xatırladaq ki, AMB-nin qərarına əsasən, 2026-cı il oktyabrın 1-dən etibarən vətəndaşlar öz adlarına məsafədən istehlak krediti müqaviləsinin bağlanmasına və kredit limitinin məsafədən artırılmasına məhdudiyyət qoya biləcəklər. Banklar və bank olmayan kredit təşkilatları (BOKT) məsafədən kredit rəsmiləşdirməzdən əvvəl bu məhdudiyyətin olub-olmadığını yoxlamalı olacaq. Bundan başqa, məsafədən verilən istehlak kreditləri üzrə 2 saat və 24 saatlıq “gözləmə müddəti” tətbiq ediləcək. Vüqar Bayramovun sözlərinə görə, bu dəyişikliklər müsbət addımdır. “Mərkəzi Bank tərəfindən məsafədən kredit ilə bağlı qadağaların tətbiqi müsbət addım olsa da, bu daha çox ənənəvi yanaşmadır. Aydındır ki, bu qadağaların tətbiqinə səbəb məsafədən kredit rəsmiləşdirilməsi adı altında hakerlərin bir sıra hallarda vətəndaşları aldadaraq vəsaitlərini mənimsəməsidir”. Deputat qeyd edib ki, 2024–2025-ci illərdə kiberdələduzluq və haker hücumları nəticəsində ümumilikdə 22 milyon manat maliyyə oğurlanıb, 17 minə yaxın dələduzluq məqsədli bank kartı əməliyyatı qeydə alınıb. “Bütün bunlar qadağalar ilə yanaşı və yəqin ki, onlardan daha çox vacib olan təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsini aktuallaşdırıb”. V.Bayramov hesab edir ki, Azərbaycan Kredit Bürosu vasitəsilə məsafədən kreditə qadağa qoymaq hüququndan istifadə edən vətəndaşların sayı yeni mexanizmin effektivliyini qiymətləndirmək baxımından mühüm göstərici olacaq. Deputat “gözləmə müddəti”nin tətbiqini müsbət qiymətləndirsə də, daha effektiv mexanizmin tətbiqini təklif edib. “Daha məqsədəuyğun olardı ki, minimum əməkhaqqından çox olmamaq şərti ilə kredit məbləğinin 5 faizinədək ilkin tranş açılsın və kredit götürən şəxs tərəfindən vəsaitin alınması təsdiq olunduqdan sonra bir sutka ərzində qalan məbləğ ödənilsin”. Onun sözlərinə görə, kiberdələduzluqla mübarizədə maarifləndirmə də əsas istiqamətlərdən biri olmalıdır. “Vətəndaşlar arasında maliyyə və bank xidmətləri ilə bağlı maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar. Maarifləndirmə isə yalnız Mərkəzi Bank tərəfindən deyil, fərqli və xüsusən də müstəqil steykholderlər tərəfindən həyata keçirilməlidir”. Son xəbərlər Bank xəbərləri Rabitəbankdan 33 illik yubileyinə özəl nağd pul krediti kampaniyası 29/06/2026 Neft və Qaz Brent neftinin qiyməti 73 dolları keçib 29/06/2026 Nəqliyyat Naxçıvanda ictimai nəqliyyatda nağdsız ödəniş sistemi tətbiq ediləcək 29/06/2026 Bu maraqlıdır Agile-in böyük illüziyası: sənaye mühəndislik elmini orta əsr empirizminə necə dəyişdi? 29/06/2026 Digər xəbərlər Bank xəbərləri Rabitəbankdan 33 illik yubileyinə özəl nağd pul krediti kampaniyası 29/06/2026 Neft və Qaz Brent neftinin qiyməti 73 dolları keçib 29/06/2026 Nəqliyyat Naxçıvanda ictimai nəqliyyatda nağdsız ödəniş sistemi tətbiq ediləcək 29/06/2026 Bu maraqlıdır Agile-in böyük illüziyası: sənaye mühəndislik elmini orta əsr empirizminə necə dəyişdi? 29/06/2026