Naxçıvanda ictimai nəqliyyatda nağdsız ödəniş sistemi tətbiq ediləcək Nəqliyyat 29/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Naxçıvan Muxtar Respublikasında ictimai nəqliyyat sisteminin müasirləşdirilməsi və sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması çərçivəsində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqi ilə bağlı təlimlərə başlayıb. Banker.az xəbər verir ki, yeni sistem gediş haqlarının bank kartları və xüsusi nəqliyyat kartları vasitəsilə ödənilməsinə imkan yaradaraq ödəniş prosesini daha rahat, operativ və şəffaf edəcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Layihənin uğurla həyata keçirilməsi məqsədilə avtobus sürücüləri və aidiyyəti əməkdaşlar üçün xüsusi təlimlər təşkil olunur. Təlimlər zamanı ödəniş terminallarından düzgün istifadə qaydaları, sərnişinlərə xidmət standartları, eləcə də yeni sistemin texniki və funksional xüsusiyyətləri barədə ətraflı məlumat verilir. İlkin mərhələdə nəqliyyat kartlarının satışı və kart balansının artırılması şirkətin şəhər ərazisində fəaliyyət göstərən bütün poçt şöbələrində həyata keçiriləcək. Gələcək mərhələlərdə isə bu xidmət şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. Son xəbərlər Bank xəbərləri Rabitəbankdan 33 illik yubileyinə özəl nağd pul krediti kampaniyası 29/06/2026 Bank xəbərləri “Maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar” – İqtisadçıdan AMB-nin qərarına şərh 29/06/2026 Neft və Qaz Brent neftinin qiyməti 73 dolları keçib 29/06/2026 Bu maraqlıdır Agile-in böyük illüziyası: sənaye mühəndislik elmini orta əsr empirizminə necə dəyişdi? 29/06/2026 Digər xəbərlər Bank xəbərləri Rabitəbankdan 33 illik yubileyinə özəl nağd pul krediti kampaniyası 29/06/2026 Bank xəbərləri “Maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar” – İqtisadçıdan AMB-nin qərarına şərh 29/06/2026 Neft və Qaz Brent neftinin qiyməti 73 dolları keçib 29/06/2026 Bu maraqlıdır Agile-in böyük illüziyası: sənaye mühəndislik elmini orta əsr empirizminə necə dəyişdi? 29/06/2026