“Google” hesablama gücü çatışmazlığı səbəbindən “Meta”nın “Gemini”yə çıxışını məhdudlaşdırıb Texnologiya xəbərləri 29/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Google” “Meta”ya bildirib ki, şirkət “Gemini”dən istifadə üçün tələb olunan hesablama gücünü təmin edə bilməyəcək. Bu barədə mənbələrə istinadən “Financial Times” məlumat yayıb. Nəşrin məlumatına görə, məhdudiyyətlər “Google”un digər müştərilərinə də təsir edib. Lakin “Google” modellərinə yüksək tələbat səbəbindən “Meta” bundan xüsusilə ciddi zərər çəkib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə FT-nin həmsöhbətlərinin sözlərinə görə, məhdudiyyətlər 2026-cı ilin mart ayından qüvvədədir. Bu səbəbdən “Meta” bəzi daxili süni intellekt layihələrinin icra müddətini təxirə salmağa məcbur olub. Şirkət həmçinin əməkdaşlardan tokenlərdən daha səmərəli istifadə etməyi xahiş edib. “Gemini” modellərindən “Meta”da məzmun moderasiyasının avtomatlaşdırılması, dəstək botları və daxili inkişaf alətləri üçün istifadə olunur. Bu məqsədlər üçün şirkət həmçinin “Anthropic” modellərindən yararlanır. Mənbələrin bildirdiyinə görə, son vaxtlar “Meta” üçüncü tərəf təchizatçılarından asılılığı azaltmaq məqsədilə özünün “Meta Spark” modelindən daha fəal istifadə etməyə başlayıb. 2025-ci ilin iyulunda “Meta”nın baş direktoru Mark Zuckerberq şirkətin “Meta Superintelligence Labs” üçün öz məlumat emalı mərkəzlərinin tikintisinə “yüz milyardlarla dollar” sərmayə yatıracağını bəyan etmişdi. TaglarGeminiGoogle Son xəbərlər Bank xəbərləri Rabitəbankdan 33 illik yubileyinə özəl nağd pul krediti kampaniyası 29/06/2026 Bank xəbərləri “Maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar” – İqtisadçıdan AMB-nin qərarına şərh 29/06/2026 Neft və Qaz Brent neftinin qiyməti 73 dolları keçib 29/06/2026 Nəqliyyat Naxçıvanda ictimai nəqliyyatda nağdsız ödəniş sistemi tətbiq ediləcək 29/06/2026 Digər xəbərlər Bank xəbərləri Rabitəbankdan 33 illik yubileyinə özəl nağd pul krediti kampaniyası 29/06/2026 Bank xəbərləri “Maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar” – İqtisadçıdan AMB-nin qərarına şərh 29/06/2026 Neft və Qaz Brent neftinin qiyməti 73 dolları keçib 29/06/2026 Nəqliyyat Naxçıvanda ictimai nəqliyyatda nağdsız ödəniş sistemi tətbiq ediləcək 29/06/2026