Azərbaycanda maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlanır Maliyyə xəbərləri 29/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlayır. Banker.az xəbər verir ki, bunu bankın Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda keçirilən tədbirdə deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, rəqəmsallaşma və süni intellektin tətbiqi hazırda maliyyə sektorunun əsas istiqamətlərindən biridir: “Çünki dünyada rəqəmsallaşma artıq yenilik sayılmır. Əgər biz hələ də rəqəmsallaşmanın geniş tətbiqindən danışırıqsa, qlobal miqyasda diqqət artıq süni intellekt həllərinin tətbiqinə yönəlib. Bu proses isə kifayət qədər sürətlə gedir. Bu baxımdan qarşımızda duran əsas vəzifələrdən biri maliyyə institutlarının rəqəmsallaşma səviyyəsini yüksəltmək, eyni zamanda süni intellekt həllərinin tətbiqini genişləndirməkdir. Növbəti strateji dövrdə hazırda icra olunan layihələr davam etdiriləcək, bir çox təşəbbüslər isə daha geniş auditoriyanı əhatə edəcək”. F.Tofidi vurğulayıb ki, AMB rəqəmsallaşma üzrə indekslərin, xüsusilə rəqəmsal yetkinlik indeksinin hazırlanması planlaşdırılır: “Bu, ən böyük layihələrimizdən biri hesab olunur. Hazırda təsdiq və hazırlıq prosesləri davam etdiyindən bütün detalları açıqlamaq mümkün deyil. Bununla belə, ilkin nəticələr artıq formalaşıb və yaxın dövrdə həm media, həm də maliyyə sektoru ilə bölüşüləcək. AMB meqarequlyator kimi bank, ödəniş, fintex, sığorta və kapital bazarları sektorlarında rəqəmsallaşma və rəqəmsal yetkinlik səviyyəsini qiymətləndirib. Aparılan ölçmələr nəticəsində kifayət qədər maraqlı göstəricilər və nəticələr əldə olunub. Növbəti strateji dövr artıq yalnız bankın təşəbbüslərinə əsaslanan yanaşma deyil, real məlumatlara və analitik nəticələrə söykənən bir strategiya olacaq. Toplanan məlumatların və formalaşdırılan indekslərin nəticələrinin yeni strategiyada öz əksini tapması nəzərdə tutulur”. Son xəbərlər Maliyyə xəbərləri AMB: Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 mlrd. manatı ötüb 29/06/2026 Bank xəbərləri Rabitəbankdan 33 illik yubileyinə özəl nağd pul krediti kampaniyası 29/06/2026 Bank xəbərləri “Maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar” – İqtisadçıdan AMB-nin qərarına şərh 29/06/2026 Neft və Qaz Brent neftinin qiyməti 73 dolları keçib 29/06/2026 Digər xəbərlər Maliyyə xəbərləri AMB: Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 mlrd. manatı ötüb 29/06/2026 Bank xəbərləri Rabitəbankdan 33 illik yubileyinə özəl nağd pul krediti kampaniyası 29/06/2026 Bank xəbərləri “Maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar” – İqtisadçıdan AMB-nin qərarına şərh 29/06/2026 Neft və Qaz Brent neftinin qiyməti 73 dolları keçib 29/06/2026