Ağcabədidə 24 yaşlı oğlan elektrik cərəyanı vurması nəticəsində ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb. Belə ki, rayonun 2002-ci il təvəllüdlü Aşağı Avşar kənd sakini Vəli Əli oğlu Süleymanov qəsəbədə elektrik işləri apararkən onu elektrik cərəyanı vurub. Nəticədə V.Süleymanov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.